Lətif Hüseynov yenidən AŞ-da komitə sədri seçilib
7 Mart 2013 17:13 SiyasətAvropa Şurasının İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Komitəsinin yeni bürosu seçilib. Komitənin Azərbaycandan olan sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) İdarə Heyətinin üzvü Lətif Hüseynov yenidən bu quruma sədr vəzifəsinə seçilib.Qeyd edək ki, komitəyə sədr və büro üzvlərinin seçkiləri hər iki ildən bir keçirilir. Lətif Hüseynov AŞ-nın İşgəncələrə qarşı Komitənin sədri vəzifəsinə 2011-ci ilin mart ayında seçilmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00