Litva mətbuatında Azərbaycan həqiqətləri

Litvada yaşayan soydaşımız, Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev yerli internet qəzetlərə Qarabağ münaqişəsi, Azərbaycan-Ermənistan münasibətlərini əhatə edən geniş müsahibə verib.  Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a verilən məlumata görə, "Qarabağ münaqişəsinin kökləri Kremlin kulisləri arxasındadır" başlıqlı müsahibə katolik fransiskanlarının 2004-cü ildən Vilnüsdə litvaca fəaliyyət göstərən dini yönümlü və nüfuzlu www.bernardinai.lt internet qəzetində, eləcə də Litvada rus dilində buraxılan aparıcı www.ru.delfi.lt xəbərlər portalında dərc olunub. Litvalı jurnalist Zigmas Vitkusun aldığı analitik yönümlü geniş müsahibədə Mahir Həmzəyev Dağlıq Qarabağ münaqişəsinin kökləri, münaqişənin yaranması səbəbləri, bu məsələdə SSRİ-nin yürütdüyü siyasət, hələ 60-cı illərdən türklərə (eyni zamanda azərbaycanlılara) qarşı başlayan kampaniyalardan (öz tarixi torpaqlarında "gəlmə" elan olunmaları, qondarma "erməni soyqırımı"nın tanınması), Sumqayıt hadisələrində Kremlin rolu və məqsədlərindən danışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00