ABŞ səfiri YAP-ın qərargahına gəlib

Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Birləşmiş  Ştatların  ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morningstarla görüşüb. "OLAYLAR"-a daxil olan məılumatda bildirilib ki,   partiyanın qərargahında keçirilən görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında mövcud əməkdaşlıq münasibətləri haqqında bəhs edilib, bu əlaqələrin inkişaf perspektivləri barədə hərtərəfli fikir mübadiləsi aparılıb.
Görüşdə YAP icra katibinin müavini Mübariz Qurbanlı da iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00