Valeh Ələsgərov: “Siyasətdən xəbəri olan insan hər bir sözünə dəyər verməlidir”
Valeh Ələsgərov: “Siyasətdən xəbəri olan insan hər bir sözünə dəyər verməlidir”
23 Aprel 2019 12:58 Siyasət"Heç bir vəzifəli şəxs ərazi bütövlüyü bərpa edilmədən sülh danışıqlarına getməyib. Hər zaman demişik ki, sülh danışıqları ola bilər, amma ölkəmizin ərazi bütövlüyü bərpa edilsin". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlament sədrinin müavini Valeh Ələsgərov deyib. Sədr müavini bildirib ki, Dağlıq Qarabağ probleminin həllində öz marağı olan qüvvələr var: "Emosional çıxışlarla, çağırışlarla insanları qıcıqlandırmaq olmaz. Siyasətdən xəbəri olan insan hər bir sözünə dəyər verməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31