"Mən, müharibə olacağını deməyə məcburam" - Mnatsakanyan

Qarabağın (qondarma qurum-red.) müstəqilliyinin de-yure olaraq təsdiq edilməsi üçün müharibə olmalıdır

"Bu məsələnin həlli gec və ya tez baş verəcək hərbi əməliyyatlardan keçir". Erməni KİV-ləri xəbər verir ki, bu sözləri Ermənistanın işğal altında olan Qarabağda qanunsuz formalaşdırdığı hərbi birləşmənin sabiq komandiri Levon Mnatsakanyan deyib.

Onun sözlərinə görə, vəziyyətin kənardan baxarkən sakit olduğunu demək olar, lakin Azərbaycanın davamlı olaraq silah aldığı nəzərə alınmalıdır.

Hər gün ölkəmizinin yeni silah nümunələri əldə etməklə, silah anbarını genişləndirdiyini qeyd edən Mnatsakanyan, Ordumuzda hər gün bu silahların mənimsənilməsi üçün məşqlərin keçirildiyini bildirib. O, bu təlimlərdə Azərbaycanın müxtəlif ölkələrdən təlimatçılar cəlb etdiklərini qeyd edir.

"Qarabağın (qondarma qurum-red.) müstəqilliyinin de-yure olaraq təsdiq edilməsi üçün müharibə olmalıdır. Azərbaycan Qarabağa de-yure müstəqillik verməyəcək. Bu məsələnin həlli gec və ya tez baş verəcək hərbi əməliyyatlardan keçir", - deyə o ötən gün Tonoyan tərəfindən edilən təxribatçı bəyanatın əsl qayəsini açıqlayıb.

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31