İlham Əliyev Avropadan niyə qorxmalıdır axı?
18 Mart 2019 11:50 SiyasətHumanizm qorxaqlıq deyil, böyüklükdür
"Bu əfvi niyə hərə öz adına çıxır, anlamıram. Əməyi olan hər kəsə təşəkkür düşür, amma ən böyük təşəkkür Prezidentə düşür. Axı, bu sərəncamı öz konstitusiyon səlahiyyətindən istifadə edib, o, imzalayıb". "OLAYLAR" xəbər verir ki, bu fikirləri beynəlxalq məsələlər üzrə ekspert Nəzakət Məmmədova səsləndirib. O, bildirib ki, İlham Əliyev sərəncam verib, məhbuslar azad olunub. O, imzalamasaydı, heç kəs azad olunmayacaqdı: "Biri deyir mitinqdən qorxdu, biri deyir Avropadan. Bir ölkənin prezidenti olan adam heç kimdən qorxmaz. Avropa parlamenti qətnamə qəbul edirsə, İlham Əliyevin də əlində Cənub Qaz dəhlizinin vintili var. Bir dəfə bağlasa, Avropa qalacaq ancaq Qazpromun ümidinə. İlham Əliyev Avropadan niyə qorxmalıdır axı? Humanizm qorxaqlıq deyil, böyüklükdür. Niyə Nuh deyənlər peyğəmbər demək istəmir?".