Təhlükəsizlik Şurasının iclasını Dağlıq Qarabağda keçirməklə Paşinyan onun Ermənistan tərəfindən idarə olunduğunu hüquqi cəhətdən sübut etdi- Mübariz Əhmədoğlu
15 Mart 2019 10:21 SiyasətErmənistanın bu vaxtadək beynəlxalq aləmdə ən böyük arqumenti Dağlıq Qarabağın,özünü müstəqil şəkildə idarə etməsi, seçkili
institutlarının, formalaşmış iqtisadiyyatınınvə ordusunun olması idi. Guya Qarabağdanə varsa onun özünə məxsusdur. Bu arqumentlə Avropa İnsan Hüquqları Məhkəməsindəqaldırılmış bir çox iddialara cavab verib.Paşinyan özü də hakimiyyətdə olduğuqısa müddət ərzində dəfələrlə Dağlıq Qarabağın özünü müstəqil idarə etdiyini,Ermənistanın Dağlıq Qarabağa aidiyyətinin olmadığını bildirib. ATƏT-in MinskQrupu həmsədrlərinin Paşinyanı ifşaedici bəyanatından sonra o, emosional və tələsik addım ataraq kifayət qədər ciddi səhvəyol verdi. Ermənistan Respublikasının TəhlükəsizlikŞurasının iclasını Dağlıq Qarabağda keçirdi. Ermənistan Respublikasının Təhlükəsizlik Şurası konstitusion qurumdur. Dağlıq Qarabağ və Azərbaycanındigər işğal olunmuş ərazilərində Ermənistan vətəndaşları hərbi xidmətdədir. Ermənistanvətəndaşları siyasi və iqtisadi fəaliyyətlə məşğuldurlar. Ermənistanın ayrı-ayrı
nazirləri Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərinəsəfərlər edirlər. Amma bunların hamısına Ermənistan tərəfi
müəyyən mənada dəliltapa bilirdi və bu tapdığı dəlilləri də müəyyən qədər ermənipərəst hesab olunan Qərb siyasiləri, məhkəmələri
ermənilərin dediyi kimi qəbul edirdi. Amma indiErmənistan Respublikasının Təhlükəsizlik Şurasını Dağlıq Qarabağda keçirməsinə başqa ad vermək olmaz: Dağlıq Qarabağ Ermənistan tərəfindən idarə olunur. Paşinyanın bu cəhdinə beynəlxalq aləmin, xüsusiləATƏT-in Minsk Qrupu həmsədrlərinin reaksiya verməsi vacibdir. Çünki Paşinyan ATƏT-in Minsk Qrupunun vasitəçiliyi üçün problem yaradır.