İqor Dodon İlham Əliyevi Moldovaya səfərə dəvət etdi
14 Mart 2019 16:09 SiyasətMoldova Prezidenti İqor Dodon Azərbaycan Prezidenti İlham Əliyevi Kişinyova səfərə dəvət edib.
Bu barədə jurnalistlərə İqor Dodonun özü məlumat verib.
"Azərbaycan Prezidenti ilə görüşdük. Çox yaxşı diplomatik və iqtisadi əlaqələrimiz var, bir çox sənədlər imzalanıb. Beynəlxalq səviyyədə də ölkələrimiz arasında sıx əməkdaşlıq mövcuddur. Mən həmçinin Prezident İlham Əliyevi Moldovaya səfərə dəvət etdim. Ümid edirəm ki, bu səfər ilin sonunadək - inşaatı Azərbaycan tərəfindən maliyyələşdirilən Qaqauziyadakı sosial obyektin açılışı zamanı baş tutacaq", - İ.Dodon bildirib.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31