“Bu münasibətləri pozmaq mümkün deyil” - Marqvelaşvili

"Gürcüstan və Azərbaycan arasındakı münasibətləri pozmaq mümkün deyil".

Bunu jurnalistlərə Gürcüstanın sabiq prezidenti Giorgi Marqvelaşvili deyib.

"Çoxəsrlik əlaqələrimiz var. Heydər Əliyev və Eduard Şevardnadze bunu inkişaf etdirib, onlar birlikdə bu regionu inkişafa aparıblar, biz də bu istiqamətdə işləməyə davam edirik", - keçmiş prezident bildirib.(report.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31