Türk hərbçilər bu sistemi öyrənmək üçün Bakıya gəlir
13 Mart 2019 17:18 SiyasətTürkiyədə S-400-ləri idarə edəcək 100-ə hərbçinin siyahısı bəlli olub.
Bu məlumatı "Yeni Akit" qəzeti yayıb. Qəzet siyahını Müdafiə Nazirliyi və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının müəyyən etdiyini bildirib.
S-400-ləri istifadə edəcək hərbçilərin sistemi öyrənmək üçün Rusiyaya gedəcəyi müəyyən olunub. Ankaranın Rusiyadan öncə bu hərbçiləri Bakının dəvəti əsasında Azərbaycana göndərəcəyi vurğulanıb. Belə ki, hərbçilərin burada S-300 PMU2 sistemlərindən istifadəni öyrənəcəyi, yaz aylarının sonunda isə Moskvaya yola düşəcəyi bildirilib.
Onların 2020-ci ilin yanvarında Türkiyəyə dönəcəyi, daha sonra isə S-400-ləri istifadə edəcək növbəti heyətlərin Ankarada hazırlanacağı qeyd edilib.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31