Ermənistanın diplomatiya baxımından kobud səhvi- Siyasi analiz
13 Mart 2019 15:28 Siyasət"Ermənistan hakimiyyəti Qarabağda Təhlükəsizlik Şurasının iclasını keçirdi. Bu diplomatiya baxımından onların kobud səhvi idi". "OLAYLAR" xəbər verir ki, bu fikirləri AXCP-nin sədr müavini Mehriban Sadıqova səsləndirib. O, bildirib ki, Ermənistan hakimiyyəti bu addımla Qarabağı işğal etmiş olduqlarını bəyan etmiş oldu: "Bilərəkdən və ya bilməyərəkdən bu çox böyük siyasi səhv idi. Əslində onların məqsədi " biz bu torpaqları geri qaytarmayacayıq" fikrini Qarabağ ermənilərinə aşındırmaq idi. Mənfur qonşularımız bizə göz dağı olsun deyə , həmin ərazilərdə yollar salır , evlər inşa edirlər. Onların aləmində bu faktlar " bizi ruhdan düşməyə vadar edəcək" kimi hesablanır. Amma , başa düşə bilmirlər ki, torpaqların bir qarışını da onlara verməyəcəyik".
Partiya rəsmisi deyib ki, Qarabağ mövzusu bir neçə məmurun beyin düşüncələrinin məhsulu yox, bütün siyasi və ictimai qüvvələrin , düşüncə adamlarının birgə müzakirəsinə çevrilməlidir: "Bu işdə isə moderator dövlət olmalıdır. Qarabağın taleyi , ölkənin gələcəyi üçün məsuliyyət daşımaq istəyən bütün qüvvələr düşündüklərini səsləndirməlidirlər. Özümüzü aldatmaqdan çəkinək , övladlarımıza düşmənsiz Azərbaycan miras qoyaq. Və yaddan çıxarmayaq ki, mənfur qonşularımızın həyasızlığının və şərəfsizliyinin cavabını ən yüksək təqdirdə Azərbaycan Ordusu və əsgəri verməyə qadirdir".