“Bu səfər Azərbaycan həqiqətlərini Fransa ictimaiyyətinə çatdırılması üçün bir fürsətdir”-

"Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Fransaya səfərini çox yüksək və vacib hesab edirəm. Çünki Fransa Avropa İttifaqına bir pəncərədir. Biz Fransa ilə ikitərəfli münasibətlərimizi nə qədər gücləndirə bilsək, Azərbaycanın Avropa İttifaqına inteqrasiyasını daha da sürətləndirər".

Bu fikirləri  Milli Məclisin deputatı Azər Badamov Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfərini şərh edərkən deyib. 

Deputat qeyd edib ki, Fransa həm də ATƏT-in Minsk Qrupunun həmsədrlərindəndir: "Bu baxımdan ölkəmizin ərazi bütövlüyünün bərpasını sülh yolu ilə həll edilməsi istiqamətində Fransanın daha ədalətli mövqe tutmasına bir töhfədir. Həm də bu səfər Azərbaycan həqiqətlərini Fransa ictimaiyyətinə çatdırılması üçün bir fürsətdir".  

A. Badamov əlavə edib ki, Mehriban xanım Əliyeva səfər çərçivəsində Fransanın rəhbər şəxsləri ilə səmərəli görüşlər keçirib: "Görüşlərdə birinci vitse-prezident ölkəmizin Fransa ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu və iqtisadi sahədə partnyorluğun artırılması  üçün böyük potensialın olduğunu diqqətlərinə çatdırıb. Təbii ki, iqtisadi əlaqələrin güclənməsi Fransanı Azərbaycana daha da yaxınlaşdıracaq və dostluq əlaqələrini möhkəmləndirəcəkdir. Fransa Avropanın mədəniyyət mərkəzi hesab olunduğundan  və orada Azərbaycan öz milli-mədəni nümunələrini, tarixini, iqtisadi potensialımızı təbliğ etməklə bütün Avropaya Azərbaycanın tanıdılmasına imkan əldə edəcəkdir. Səfəri çox səmərəli və ölkələrimiz arasındakı əməkdaşlığı möhkəmləndirməsi baxımından  çox əhəmiyyətli hesab edirəm".

azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31