Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb
13 Mart 2019 14:43 SiyasətAzərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası Fransisk Həzrətlərinə Tacqoyma Gününün ildönümü münasibətilə təbrik məktubu göndərib.
Məktubda Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olması vurğulanır, ikitərəfli əməkdaşlığın dinlərarası və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə, ümumdünya mədəni irsinin qorunmasına gələcəkdə də böyük töhfələr verəcəyinə ümid ifadə edilir.
AZERTAC
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31