Ermənistan prezidenti Dağlıq Qarabağa gəlməkdən imtina etdi

"Prezident Təhlükəsizlik Şurasının iclasında iştirak etməyəcək".

Ermənistan Prezidenti Armen Sarkisyan martın 12-də Azərbaycanın işğal altında olan Xankəndi şəhərində keçirilən Ermənistan Təhlükəsizlik Şurasının iclasına qatılmaqdan imtina edib.

Bu barədə ölkənin Prezident Aparatının ictimaiyyətlə əlaqə idarəsindən bildirilib.

Məlumata görə, A.Sarkisyana tədbirdə iştirakla bağlı dəvət martın 11-də gecə saatlarında çatdırılıb: "Ancaq texniki səbəblərə görə Prezident Təhlükəsizlik Şurasının iclasında iştirak etməyəcək".

Qeyd edək ki, martın 11-də Ermənistanın Baş naziri Nikol Paşinyan, xarici işlər naziri Zöhrab Mnatsakanyan və milli təhlükəsizlik xidmətinin başçısı Artur Vanetsyan Dağlıq Qarabağa gəliblər. Bu gün Xankəndi şəhərində N.Paşinyanın sədrliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının toplantısı keçiriləcək.

Mütəxəssislər A.Sarsiyanın tədbirə gec dəvət edilməsini baş nazirlə prezident arasında inamsızlıqla əlaqələndirirlər.(report.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31