Hindistanda “Canlı Qucarat 2019” Zirvə Görüşü keçirilib

Hindistanın Qucarat ştatının Qandinaqar şəhərində “Canlı Qucarat 2019” Zirvə Görüşü keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, 2003-cü ildən təşkil olunan və artıq 9-cu dəfədir ki, keçirilən tədbirin əsas məqsədi Hindistanın iqtisadi potensialının təbliği, investisiya qoyuluşu üzrə müzakirələrin aparılmasıdır. 3 gün davam edən Zirvə Görüşü çərçivəsində ticarət, maliyyə, enerji, nəqliyyat və İKT sahələrində seminarlar və dəyirmi masalar təşkil edilib. Hindistanın Baş naziri Narendra Modinin, digər ölkələrdən yüksək səviyyəli rəsmilərin və iş adamlarının iştirakı ilə keçirilən tədbirdə ölkəmizi İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edib.

Hindistanın Qucarat ştatının Qandinaqar şəhərində "Canlı Qucarat 2019" Zirvə Görüşü keçirilib. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə,  2003-cü ildən təşkil olunan və artıq 9-cu dəfədir ki, keçirilən tədbirin əsas məqsədi Hindistanın iqtisadi potensialının təbliği, investisiya qoyuluşu üzrə müzakirələrin aparılmasıdır. 3 gün davam edən Zirvə Görüşü çərçivəsində ticarət, maliyyə, enerji, nəqliyyat və İKT sahələrində seminarlar və dəyirmi masalar təşkil edilib. Hindistanın Baş naziri Narendra Modinin, digər ölkələrdən yüksək səviyyəli rəsmilərin və iş adamlarının iştirakı ilə keçirilən tədbirdə ölkəmizi İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edib.

Tədbir çərçivəsində İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Qucarat ştatının Baş nazirinin müavini Nitin Patel ilə görüşüb. Sahib Məmmədov Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər və ardıcıl islahatlar, ölkəmizin əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31