Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır
21 Yanvar 2019 13:11 SiyasətZimbabve ilə əlaqələrin inkişaf prespektivləri yetərincədir
Azərbaycan müstəqilliyini elan etdikdən sonra xarici ölkələrlə, o cümlədən Afrika ölkələri ilə ən müxtəlif sahələrdə ikitərəfli, bərabərhüquqlu əməkdaşlıq etmək niyyətini ortya qoyub. Belə ölkələrdən biri də Zimbabvedir ki, Azərbaycan bu ölkə ilə də əməkdaşlıqda maraqlıdır. Nəzərə almaq lazımdır ki, Zimbabve ilə iqtisadiyyatın ən müxtəlif sahələri üzrə əməkdaşlıq perspektivləri mövcuddur. İki ölkə arasında kənd təsərrüfatı, sənaye, kimya sahələrində əməkdaşlıq imkanları yetərincədir. Mövcud potensialın reallaşdırılmasından ötrü təbii ki, zəruri müqavilə-hüquqi baza yaradılmalı, qarşılıqlı səfərlər və işgüzar görüşlər təşkil edilməlidir. Heç şübhəsiz ki, Zimbabve Prezidenti Emmerson Mnanqaqvanın ölkəmizə səfəri əlaqələrin daha da inkişafına təkan verəcək. Qeyd edək ki, Azərbaycan regionda, eləcə də dünyada bir sıra iri layihələrin təşəbbüskarı və iştirakçısı kimi tanınır. Bu layihələrdən yararlanmaq isə şübhəsiz Zimbabvenin maraq dairəsindədir. Belə ki, təbii ehtiyatlarla zəngin olan Zimbabve Azərbaycanın istehsalla məşğul olan şirkətləri ilə əməkdaşlıq edə bilər. Yeri gəlmişkən xatırladaq ki, Zimbabve rəsmiləri kimya sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını dəfələrlə açıqlayıblar. Xatırladaq ki, Azərbaycan və Zimbabve arasında beynəlxalq təşkilatlar səviyyəsində, xüsusilə də BMT çərçivəsində də əməkdaşlıq həyata keçirilir. Zimbabve Prezidenti Emmerson Mnanqaqvanın ölkəmizə səfəri bu fikri bir daha təsdiqləmiş olur. Təsadüfi deyil ki, Zimbabve Prezidenti Emmerson Mnanqaqva xarici səfəri çərçivəsində MDB ölkələri sırasında məhz Azərbaycan, Rusiya, Belarus və Qazaxıstanı seçmişdir. Zimbabve tərəfi bu ölkələrin MDB məkanında ən yüksək inkişaf göstəricisinə malik olduğunu nəzərə alaraq, təcrübə mübadiləsinin aparılması, yeni iqtisadi və ticarət əməkdaşlığı imkanlarının araşdırılması və sərmayələr üçün bu ölkələri seçmişdir. Səfərdən öncə Zimbabve Prezidentinin mətbuat katibi açıqlama ilə çıxış edərək bildirmişdi ki, Azərbaycan və Qazaxıstan enerji resursları ilə zəngin, ən sürətlə inkişaf edən ölkələrdən biridir. Bu ölkələr həmçinin, mədən, enerji və turizm baxımdan da maraq kəsb edir.
Qeyd edək ki, ölkələr arasında iqtisadı əməkdaşlıq prezspektivləri kifayət qədərdir. Məlum olduğu kimi Zimbabve təbii resurslarla, o cümlədən 60-dan artıq mineral növləri ilə zəngin olan bir ölkədir. Lakin bu sahələrin inkişaf etdirilməsi ilə bağlı ciddi problemlər yaçanmaqdadır. Müstəmləkə siyasəti, xarici asıllıq, daxili işlərə müdaxilə edilməsi və siyasi təzyiqlərin göstərilməsi Zimbabvenin sosial-iqtisadi problemlərinin daha da dərinləşməsinə xidmət etmişdir. Bu baxımdan Zimbabve tərəfi Azərbaycanın düzgün idarəçilik təcrübəsinə, milli maraqları əsasında müstəqil siyasət yürütməsinə, struktur xaraketrli, həmçinin, iqtisadi və sosial islahatlar praktikasına ciddi maraq göstərir. Azərbaycanın mədən sənayesini effektiv şəkildə idarəetməsi, neft-qaz sektorundan əldə edilən gəlirlərin şəffaflığını təmin etməsi və iqtisadiyyatın digər sektorlarına düşünlümş şəkildə investisiyaların qoyulması, ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorununun, nəqliyyat infrastukturunun və kənd-təsərrüfatının inkişafı, 100 faiz savadlılığa nail olunması və digər sahələrdə olan nailiyyətlərimiz maraqlı nümunə kimi qəbul olunur. Bu xüsusda, Zimbabve daxil olmaqla, əksər Afrika ölkələri tərəfindən Azərbaycanın BMT tərəfindən müəyyən edilmiş Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirməsi sahəsində əldə etdiyi nailiyyətləri uğurlu təcrəbə kimi nəzərdən keçirilir. Yeri gəlmişkən xatırladaq ki, artıa belə bir praktika məvcuddur. Belə ki, Afrika İttifaqı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın ASAN xidmət təcrübəsinin Afrika İttifaqının mənzil qərargahında təqdimatı keçirilmişdir.
Bundan başqa, Azərbaycanla Zimbabve arasında təhsil, humanitar sahələrdə də əməkdaşlıq imkanları yenidən nəzərdən keçirilə bilər. Xatıarladaq ki, 1960-1990-cı illərdə Afrika ölkələrindən olan 7000-8000 tələbə Azərbaycanda təhsil alıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətləri, o cümlədən Afrika ölkələri üçün Azərbaycanda təhsil almaq üçün təqaüdlər ayrılıb. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi Afrika ölkələrində davamlı inkişafa xidmət edən layihələr həyata keçirib.
Azərbaycanla Zimbabve arasında beynəlxalq sahədə əməkdaşlıq daha effektli və səmərəli nəticə verə bilər. Azərbaycanın xarici siyasət sahəsində əldə etdiyi uğurlar, beynəlxalq aləmdə artan nüfuzu, regionda söz sahibinə çevrilməsi ölklərin daha da yaxınlaşmasına şərait yarada bilər. Bu əməkdaşlıq daxili problemlərin beynəlxalq alımdə qabardılması və müsbət nəticələrin əldə edilməsinə töhfə verə bilər. Qeyd edək ki, Zimbabve Qoşulmama Hərəkatında fəal olan ölkədir.2019-2022-ci illərdə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcək və 2019-cu ilin oktyabr ayında Qoşulmama Hərəkatı üzv dövlətlərinin zirvə toplantısı Azərbaycanda keçiriləcək. Azərbaycan beynəlxalq münasibətlərdə xoşməramla çıxış edir, davamlı inkişafa töhfə verir və öz uğurlu idarəçilik təcrübəsini inkişaf etməkdə olan və ya az inkişaf etmiş ölkələrlə bölüşməyə hazırdır. Odur ki, etiabrlı, ləyaqətli və beynəlxalq münasibətlərin məsuliyyətli üzvü olaraq, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Ölkəmizin Zimbabve ilə əməkdaşlığının da müsbət nəticələr verəcəyi şübhə doğurmur. Təsadüfi deyil ki, Azərbaycan prezidenti ölkəmizdə səfərdə olan Zimbabve prezidenti Emmerson Mnanqaqva ilə görüşdə bildirib ki, Azərbaycan da öz növbəsində, ölkələrimiz arasında münasibətləri inkişaf etdirmək istəyir: "Əlbəttə ki, Sizin səfəriniz də bu münasibətlərin inkişafı üçün məsələlərin müzakirəsi baxımından çox əla imkandır". Bu isə ona dəlalət edir ki, Azərbaycan dünyanın istənilən ölkəsi ilə bərabərhüququlu, ikitərəli əməkdaşlıqda maraqlıdır.
Zəka