Bakı bölgədə təhlükəsizliyin bərqərar olunması zəminində formalaşan yeni reallığın müəllifinə çevrilib

Keçən ilin sonlarından və cari ilin əvvəlindən Dağlıq Qarabağ probleminin həlli istiqamətində artan diplomatik hərəkətlilik 2019-cu ildə sözügedən problemin həlli ediləcəyinə olan ümidləri artırıb.

Keçən ilin sonlarından və cari ilin əvvəlindən Dağlıq Qarabağ probleminin həlli istiqamətində artan diplomatik hərəkətlilik 2019-cu ildə sözügedən problemin həlli ediləcəyinə olan ümidləri artırıb.  Təsadüfi deyil ki, elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də hələ ötən ilin sonlarında belə bir fikir səsləndirmişdi ki, 2019-cu ildə problemin həlli istiqamətində müsbət tendensiyanın olacağına ümidlər var. Elə ilin əvvəlindən müşahidə edilən diplomatik fəallıq da bundan xəbər verir. Məlumat üçün qeyd edək ki, bu günlərdə Fransanın paytaxtı Paris şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ probleminin tənzimlənməsi üzrə növbəti danışıqları keçirilib. Paris danışıqlarında hər nə qədər müsbət irəliləyiş əldə olunmasa da, ancaq ümumilikdə danışıqlar prosesinin bərpa edilməsi irəliyə doğru atılmış addım hesab edilir. Qeyd edək ki, indyə qədər İrəvan hər vasitə ilə danışıqlardan yayınmağa çalışırdı. Lakin son vaxtlar Azərbaycanın xarici siyasət sahəsində əldə etdiyi uğurlu nəticələr, eləcə də Ermənistanın mövqelərinin getdikcə zəifləməsi işğalçı ölkəni bir qədər düşünməyə vadar edib. Bütün bunlara Azərbaycanın maraqlarını müdafiə edən tərəflərin sayının da artmasını əlavə etsək, o zaman Ermənistanın hansı səbəbdən danışıqlar prosesinə maraqlı olması aydın görünər. Bu arada İranın Silahlı Qüvvələrinin Baş Qərərgah rəisinin Bakıda Dağlıq Qarabağ problemi ilə bağlı verdiyi açıqlama da Ermənistana diplomatik sahədə vurulan zərbə kimi dəyərləndirilə bilər.

Ekspertlər hesab edirlər ki, bütün müşahidə edilən bu müsbət tendensiya Azərbaycan dövləti və dövlət başçısı Cənab İlham Əliyevinb həyata keçirdiyi uğurlu xarici siyasət kursu ilə əlaqədardır. Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyev də deyir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı reallaşdırılan hücum diplomatiyası öz bəhrəsini verir. Onun sözlərinə görə, reallıq ondan ibarətdir ki, məhz rəsmi Bakı bölgədə təhlükəsizliyin bərqərar olunması zəminində formalaşan yeni reallığın müəllifinə çevrilib: "Bu qürurverici reallıq ölkə ictimaiyyətində dərin rəğbət hissi doğurub.  Hesab edirəm ki, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin yaratdığı yeni reallıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın milli maraqları çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tam zəmin yaradıb.  Regionun yeni reallığı belədir: Bir tərəfdə güclü, bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmuş və bu əlaqələri strateji tərəfdaşlıq səvyyəsinə yüksəltmiş Azərbaycan, o biri tərəfdə öz ənənəvi portnyorlarını itirən, küncə sıxılmış, sosial və iqtisadi kataklizmlər yaşayan, çıxılmaz vəziyyətə düşmüş Ermənistan dayanır. Bu reallığı müşahidə etmək qürur doğurur". Azər Verdiyev deyib ki, Azərbaycan qlobal güclərin yürütdüyü təzyiq və təcrid siyasətinə qoşulmadı, İran və Rusiya ilə qarşılıqlı maraqlara cavab verən əməkdaşlıq əlaqələrini, dostluq və mehriban qonşuluq siyasətini daha da gücləndirdi: "Rəsmi Bakı işğalçı Ermənistan istisna olmaqla, bütün qonşuları ilə qarşılıqlı inam və etimada əsaslanan dost, strateji əlaqələr qurmağa nail olub. Azərbaycan və Rusiya prezidentləri 2018-ci ildə 6 dəfə görüşüblər, ölkə başçıları arasında mövcud olan şəxsi dostluq münasibətləri iki ölkə arasında bütün istiqamətlər üzrə əlaqələrin inkişafına olduqca mühüm təsir göstərir. Azərbaycan qonşu İranla əlaqələrini daha da genişləndirir, iki ölkənin rəhbərləri arasında isti münasibətlər qarşılıqlı əməkdaşlığın inkişafına pozitiv təsir göstərir. Azərbaycan İrana qarşı təcrid siyasətinə qoşulmadı, qonşu ölkə ilə bir çox sahələrdə əməkdaşlıq əlaqələrini gücləndirdi, ən çətin dövrlərdə Tehrana dəstəyini əsirgəmədi. Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri ikitərəfli əlaqələri daha da gücləndirdi.  Təsadüfi deyil ki, bu günlərdə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri bildirib: "İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.  Sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir, İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31