Bakı şəhidlərini sükutla andı
20 Yanvar 2019 13:26 SiyasətBu gün saat 12:00-da Bakı şəhərində 20 Yanvar şəhidlərinin xatirəsinin anımı ilə əlaqədar 1 dəqiqəlik sükut elan edilib.
Publika.az xəbər verir ki, həmin dəqiqə ərzində şəhərin küçə və prospektlərində nəqliyyatın hərəkəti dayanıb, Bakı Buxtasına cəmləşmiş gəmilər fit verib.
Qeyd edək ki, bu gün Azərbaycan xalqının qəhrəmanlıq səlnamələrindən biri olan 20 Yanvar hadisələrinin 29-cu ildönümüdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31