OPEC tədbirlərinin Bakıda keçirilmə vaxtı dəqiqləşib

OPEC və qeyri-OPEC ölkələrinin Birgə Texniki Komissiyasının (JTC) 27-ci iclası və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasının Bakıda keçirilmə tarixləri razılaşdırılıb. “OLAYLAR”-a Energetika Nazirliyindən verilən məlumata görə, OPEC Katibliyindən Energetika Nazirliyinə daxil olmuş məktubda Birgə Texniki Komissiya və Nazirlərin Birgə Monitorinq Komitəsinin növbəti iclaslarının müvafiq olaraq 17-18 mart 2019-cu il tarixində keçirilməsi təklif olunub.

OPEC və qeyri-OPEC ölkələrinin Birgə Texniki Komissiyasının  (JTC) 27-ci iclası və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasının Bakıda keçirilmə tarixləri razılaşdırılıb. "OLAYLAR"-a Energetika Nazirliyindən verilən məlumata görə, OPEC Katibliyindən Energetika Nazirliyinə daxil olmuş məktubda Birgə Texniki Komissiya və Nazirlərin Birgə Monitorinq Komitəsinin növbəti iclaslarının müvafiq olaraq 17-18 mart 2019-cu il tarixində keçirilməsi təklif olunub.

Azərbaycan neftin qiymətinin sabitləşdirilməsi məqsədilə OPEC çərçivəsində irəli sürülən təşəbbüsləri ilk vaxtdan dəstəkləyib.  2016-cı ildən etibarən Azərbaycan OPEC+ formatında neft bazarının balanslaşdırılması prosesinin fəal  iştirakçısı olub və üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31