Azərbaycanın hücum diplomatiyası bölgədə yeni reallığın yaranmasına səbəb olub

Azərbaycan dövlətinin, xüsusilə dövlət başçısı Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət kursu və diplomatik gedişləri rəsmi Bakının regiondakı mövqelərini daha da gücləndirir, bölgəmizdə baş verən prosesləri Azərbaycanın xeyrinə dəyişir. Heç şübhəsiz ki, bütün bunlar beynəlxalq təşkilat və qurumların, eləcə də ayrı-ayrı dövlətlərin Dağlıq Qarabaö probleminə olan münasibətinə də təsirsiz ötüşmür və getdikcə Azərbaycanın sözügedən məsələdə maraqlarını nəzərə alan, bizim sözümüzü deyən tərəflərin sayını artırır.

Azərbaycan dövlətinin, xüsusilə dövlət başçısı Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət kursu və diplomatik gedişləri rəsmi Bakının regiondakı mövqelərini daha da gücləndirir, bölgəmizdə baş verən prosesləri Azərbaycanın xeyrinə dəyişir.  Heç şübhəsiz ki, bütün bunlar beynəlxalq təşkilat və qurumların, eləcə də ayrı-ayrı dövlətlərin Dağlıq Qarabaö probleminə olan münasibətinə də təsirsiz ötüşmür və getdikcə Azərbaycanın sözügedən məsələdə maraqlarını nəzərə alan, bizim sözümüzü deyən tərəflərin sayını artırır.

Azərbaycanın mövqelərinin güclənməsinə uğurlu xarici siyasət kursu ilə yanaşı Bakının iştirakı və təşəbbüsü ilə reallaşdırılan qlobal əhəmiyyətli layihələr də mühüm təsir göstərir. Bakı-Tbilisi-Ceyhan layihəsindən tutmuş, Bakı-Tbilisi-Ərzurum,  Şimal-Cənub Nəqliyyat Dəhlizi, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihələri və həmin layihələrin iştirakçısı olan ölkələr və bu layihələrə maraq göstərən tərəflər də Azərbaycanın regionda xüsusi nüfuza və çəkiyə malik olduğu reallığını nəzərə alaraq Cənubi Qafqazda məhz Azərbaycanla daha çox əməkdaşlığa maraq göstərirlər. İstər ayrı-ayrı dövlət və hökumət başçılarının müntəzəm olaraq Azərbaycama səfər etmələri, istərsə də Azərbaycan Respublikasının Prezidenti Cənab Ilham Əliyevin müxtəlif ölkələrə səfərləri zamanı imzalanan sazişlər, bəyanatlarda da qeyd etdiyimiz amillər öz əksini tapır. Xüsusilə keçən il ərzində həyata keçirilən bir neçə xarici səfər zamanı dövlət başçıları səviyyəsində imzalanan bəyanatlarda ölkələrin ərazi bütövlüyünün tanınması kimi məqamların əksini tapması fonunda bunu aydın görmək mümkündür. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi balanslı siyasət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı reallaşdırılan hücum diplomatiyası bölgədə yeni reallığın yaranmasına səbəb olub.

Burada bir məqamı da qeyd etmək yerinə düşər ki. Azərbaycanın regionda mövqelərinin güclənməsi və xüsusilə qonşu ölkələrlə münasibətlərinin inkişaf etdirilməsi, onların rəsmi Bakının mövqelərindən çıxış etməsini şərtləndirən başlıca amillərdən biri Azərbaycan dövlətinin xarici siyasət sahəsində balanslı siyasətə üstünlük verməsidir. Hələ ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan balanslı siyasət bu gün də uğurla davam etdirilməkdədir.  Burada maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycanla normal məcrada əməkdaşlıq edən ölkə və dövlətlər də rəsmi Bakının balanslı siyasətinə hörmətlə yanaşırlar. Belə ki, Qərb bloku şimal qonşumuz Rusiya Federasiyası və cənub qonşumuz İran İslam Respublikasına qarşı bir neçə ildir ki, sanksuya tətbiq etməsinə baxmayaraq Azərbaycan həmin ölkələrlə normal qonşuluq münasibətlərini davam etdirir və bu münasibətlər hər ötən il yeni bir mərhələyə qədəm qoyur. Məsələn. Azərbaycan və Rusiya Prezidentlərinin təkcə 2018-ci ildə 6 dəfə görüşünün keçirilməsi,  ölkə başçıları arasında mövcud olan şəxsi dostluq münasibətləri iki ölkə arasında bütün istiqamətlər üzrə əlaqələrin inkişafına olduqca mühüm təsir göstərir Yaxud cənub qonşumuz İran İslam Respublikası ilə  mövcud olan yüksək səviyyəli əməkdaşlıq Tehranla Bakı arasında münasibətləri daha da inkişaf etdirir.  Azərbaycanın İrana qarşı təcrid siyasətinə qoşulmaması, qonşu ölkə ilə bir çox sahələrdə əməkdaşlıq əlaqələrini gücləndirməsi, ən çətin dövrlərdə Tehrana dəstəyini əsirgəməməsi. Azərbaycan və İran Prezidentlərinin qarşılıqlı səfərləri qarşılıqlı əlaqələri daha da gücləndirdi. Bu gün Azərbaycanla İran bir çox iqtisadi layihələr çərçivəsində sıx əməkdaşlıq edirlər. Elə bu günlərdə İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqerinin Azərbaycana səfər etməsi də bu əməkdaşlığın yüksək səviyyədə olduğunun göstəricisidir. Qeyd edək ki, səfər zamanı iranlı qonağın Qarabağ problemi ilə bağlı işlətdiyi ifadə xüsusi diqqətçəkicidir. Belə ki, Məhəmməd  Baqeri bildirib ki, İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir, İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır. Bu, İranın yüksək vəzifəli nümayəndəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu günə kimi verdiyi ən mühüm bəyanat hesab oluna bilər.

Göründüyü ki, Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət kursu və normal qonşuluq münasibətləri regionda bizim mövqelərimizi gücləndirir və yeni reallıqları ortaya çıxarır.  Bu reallıqlar fonunda Azərbaycanın sözünü deyən, onu müdafiə edən dövlətlərin də sayı artır.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31