İrəvanın təxribatçı hərəkətləri Qarabağda müharibə variantını qaçılmaz edir
Ermənistanda hakimiyyətdə olan Paşinyan hpkuməti də deyəsən öz sələflərinin yolu ilə gedir, onların tarixiu səhvlərini təkrarlayır. Söhbət İrəvanın yeni hökumətinin Dağlıq Qarabağ probleminin həllinə olan yanaşmasından gedir. Sabiq prezident Serj Sərkisyanı inqilab yolu ilə devirib hakimiyyəti zorla zəbt etdikdən qısa bir müddət sonra Dağlıq Qarabağ problemi ilə bağlı cəfəng açıqlamalar, bəyanatlar verən hazırkı baş nazir Nikol Paşinyan sonradan məcburiyyət qarşısında və çıxılmaz vəziyyətdə qalaraq aqressivliyini bir qədər yumşaltsa da, lakin hazırda inqilabçı baş nazir yenə də öz sərsəmliklərini davam etdirir. Parisdə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü keçirilən ərəfədə Paşinyana yaxınlığı ilə seçilən media qurumlarında belə bir bir fikir formalaşdırılıb ki, bundan sonrakı danışıqlar Dağlıq Qarabağdakı separatçı rejimlə aparılacaq. Bir sözlə işğalçı Ermənistan danışıqlar prosesində tərəf kimi çıxış. etməyəcək.
17 Yanvar 2019 15:55 SiyasətErmənistanda hakimiyyətdə olan Paşinyan hpkuməti də deyəsən öz sələflərinin yolu ilə gedir, onların tarixiu səhvlərini təkrarlayır. Söhbət İrəvanın yeni hökumətinin Dağlıq Qarabağ probleminin həllinə olan yanaşmasından gedir. Sabiq prezident Serj Sərkisyanı inqilab yolu ilə devirib hakimiyyəti zorla zəbt etdikdən qısa bir müddət sonra Dağlıq Qarabağ problemi ilə bağlı cəfəng açıqlamalar, bəyanatlar verən hazırkı baş nazir Nikol Paşinyan sonradan məcburiyyət qarşısında və çıxılmaz vəziyyətdə qalaraq aqressivliyini bir qədər yumşaltsa da, lakin hazırda inqilabçı baş nazir yenə də öz sərsəmliklərini davam etdirir. Parisdə Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü keçirilən ərəfədə Paşinyana yaxınlığı ilə seçilən media qurumlarında belə bir bir fikir formalaşdırılıb ki, bundan sonrakı danışıqlar Dağlıq Qarabağdakı separatçı rejimlə aparılacaq. Bir sözlə işğalçı Ermənistan danışıqlar prosesində tərəf kimi çıxış. etməyəcək. Düzdür, bu hər nə qədər mətbuatın öz təxəyyülünün məhsulu və proseslərə yanaşması kimi qələmə veriləs də, lakin reallıq ondan ibarətdir ki, heç bir demokratik prinsiplərin gözlənilmədiyi, açıq-aşkar diktatura rejimini xatırladan bir ölkədə, Ermənistanda hər hansı bir media təmsilçisinin müstəqil bir fikir ifadə etməsi qeyri-mümkündür. Digər tərəfdən nəzərə alsaq ki, həmin media qurumları da Paşinyana yaxınlığı ilə seçilir, o zaman belə bir təxribatçı fikirlərin elə inqilabçı baş nazir tərəfindən gündəmə gətirildiyini deyə bilərik. Bir sözlə indi də Nikol Paşinyan bu kimi təxribatçı gedişlərlə Dağlıq Qarabağ probleminin həlli istiqamətində cari ilidən müşahidə edilməyə başlayan diplomatik hərəkətliliyə mane olmağa çalşır. Çünki artıq beynəlxalq təşkilat və qurumlar, eləcə də ATƏT-in Minsk qrupu, xüsusilə də bu qrupun üzvü olan Rusiya Federasiyası Dağlıq Qarabağ probleminin həllində maraqlı tərəf kimi görünməyə başlayır. Məhz bu görüntü və atılan addımlar da həm Azərbaycanda, həm də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevdə bir ümid yaradıb ki, 2019-cu ildə Dağlıq Qarabağ probleminin həlli istiqamətində müəyyən uğurlu addımlar atıla bilər. Lakin indiki halda Ermənistanın öz ənənəvi təxribatçı hərəkətləri və aqressivliyinə sadiq qalması bütün ümidləri puça çıxarır. Yaranmış situasiya eyni zamanda cəbhə xəttində yenidən gərginliyin artmasını da şərtləndirirş Onsuz da cəbhə xəttində vəziyyət o qədər də ürəkaçan deyil və Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə əldə etdiyi razılığa rəğmən Nikol Paşinyan cəbhə xəttində atəşkəsin təmin edilməsinə nail ola bilmir. Gündəlik cəbhə xəttində atəşkəsin pozulması, eyni zamanda işğalçı ölkənin təxibatçı addımları Qarabağda yenidən hərbi əməliyyatların başlayacağını qaçılmaz edir. Elə Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir. O bildirib ki, Azərbaycan Ermənistanla müharibə şəraitindədir və İrəvanın təxribatçı əməlləri səbəbindən aparılan danışıqlar il ərzində səmərə verməyə bilər: "Ermənistan tərəfi hər vəchlə çalışacaq ki, imitasiya siyasəti aparsın. Gedən proseslər onu göstərir. Azərbaycan təkcə diplomatiyada deyil, müharibə hazırlıqlarını da pararlel aparmalıdır, məhz aparır da".
Politoloq deyib ki, Azərbaycan döyüş əməliyyatlarına tam hazırdır və regional şərtlər getdikcə Azərbaycanın lehinə formalaşır: "Biz məcburuq istənilən variantda işğalda olan torpaqlarımızı azad edək. Qeyd edim ki, danışıqlar prosesi Minsk qrupu çərçivəsində davam etdikcə, heç bir mübət nəticə gözləməyə dəyməz. Azərbaycan öz hərbi imkanlarını gücləndirib, son sözü ordumuz deyəcək. Məhz ona görə də son model və yeni nəsil silahlarla öz arsenalını inkişaf etdirir. Silahlı qüvvələrimiz Ermənistan ordusunu tam məğlub etmək iqtidarındadır. Buna baxmayaraq müharibə canlı itkilər deməkdir. Ehtiyatda olan hərbi mükələfiyyət daşıyan vətəndaşlarımız ildə bir dəfə hərbiyə cəlb edilməlidir. Onlara müasir silahlardan istifadə etməyi öyrətmək lazımdır. Bu, labüddür və hazırkı şərtlər daxilində ölkəmizin müdafiə imkanlarının inkişafını genişləndirir. Oan görə də Müdafiə Nazirliyi bu işlərə başlamalıdır".
S.İsmayılbəyli