Azərbaycana keçmək istəyən erməni minaya düşüb

Yanvarın 16-da Ermənistan-Azərbaycan sərhədində minanın partlaması nəticəsində Ermənistanın Tavuş vilayətinin Barekamavan kəndinin sakini Arman Mikaelyan ciddi xəsarət alıb. Bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Yanvarın 16-da Ermənistan-Azərbaycan sərhədində minanın partlaması nəticəsində Ermənistanın Tavuş vilayətinin Barekamavan kəndinin sakini Arman Mikaelyan ciddi xəsarət alıb. Bu haqda  Ermənistan KİV-i məlumat yayıb. Məlumata görə, hadisə ötən gün saat təxminən 15:00-da baş verib. Kənd sakini Arman Mikaelyanı hadisə yerindən ancaq xüsusi bölmələrin yardımı ilə təxminən saat 18:00-da çıxarmaq mümkün olub. Xeyli qan itirən Mikaelyanın bir ayağı amputasiya olunub. Məlum olub  ki, xəsarət alan şəxs ruhi xəstədir. O, sərhədə yaxınlaşıb və tikanlı məftili keçmək istəyib, elə həmin an partlayış baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31