Danışıqlar prosesində yeni mərhələ başlayır

2019-cu ildə Dağlıq Qarabağ probleminin həlli istiqamətində ümidverici addımların atılacağına dair səslənən fikirlər deyəcən özünü doğrultmaqdadır. Hər halda il başlayandan bu istiqamətdə diplomatik hərəkətliliyin artması belə bir dəyərləndirmə etməyə əsas verir. Digər tərəfdən şimal qonşumuz Rusiya Federasiyasının da problemin həlli ilə bağlı fəallığının artması və bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Federasiyasına səfər edərək Kreml rəhbəri Vladimir Putinlə görüşməsi müəyyən ümidlərdən xəbər verirdi. Düzdür, Nikol Paşinyanın Rusiya səfəri daha çox İrəvanla Moskva arasında münasibətləri normallaşdırmaq, iki ölkə arasında yaranan problemləri yoluna qoymaq məqsədi daşıyırdı. Hər nə qədər Paşinyan buna cəhd etsə də, lakin Moskva tərəfindən sərgilənən mövqe onu deməyə əsas verir ki, İrəvan heç də istəyinə nail ola bilmədi.

Nikol Paşinyanın Rusiya Federasiyasına səfəri zamanı prezident Vladimir Putinlə keçirdiyi görüşdə, danışqlarda Dağlıq Qarabağ problemi də müzakirə edilib, problemin hazırkı vəziyyəti, danışıqlar prosesinin perspektivi ətrafında fikir mübadiləsi aparılıb.  Rusiyada baş tutan görüşdən sonra hər nə qədər İrəvan danışqlar prosesinə sadiq qaldığını nümayiş etdirməyə çalışsa da, lakin işğalçı ölkə tərəfindən sərgilənən münasibət, cəbhə xəttində atəşkəs rejiminin davamlı şəkildə pozulması onu deməyə əsas verir ki, Ermənistan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllində heç də maraqlı deyil. Ancaq buna rəğmən Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Fransanın paytaxtı Parisdə görüşü günün aktual mövzularından biri olaraq qaldı. Bir çoxları Paris görüşünü müsbət dəyərləndirərək bununla danışıqlar prosesinin yeni mərhələsinin başladığını deyirlər.

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Parisdə Qarabağ danışıqları üzrə həlledici mərhələ başlayır. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan Minsk qrupunun həmsdərlərinin iştirakı ilə Qarabağ danışıqlarının detallarını, Minsk qrupunun yeni həll variantını müzakirə edəcəklər: "Minsk qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən görüşdə Qarabağın Azərbaycan və Erməni icmasının görüşlərdə maraqlı tərəf kimi iştirakı da müzakirə olunacaq. Bu görüşdə real dəyişikliklərə imza atacaq proses olmasa da, cəbhədə atəşkəsin qorunması istiqamətində birgə səyləri müdafiə edəcəklər. Bir məsələni qeyd edim ki, Ermənistan tərəfi yenidən sələfləri kimi atəşkəsin aşkar olunması mexanizmini absurd şəkildə danışıqlarda qaldırır. Qeyd edim ki, Ermənistanda artıq hakmiyyət formalaşması başa çatdı, rəsmi Bakının bu ölkəyə daxili siyasi prosesləri nizama salmaq üçün güzəşt limiti bitdi. Artıq, top Ermənistan tətəfindəndi".

Politoloq deyib ki, Paris danışıqları, rəsmi Yerevanın mövqeyinin aydın olması istiqamətində mühüm əhəmiyyət kəsb edir: "20 ildən sonra ilk dəfə müharibə partiyası deyil, svil hökumət bu danışıqlara gedir. Bu görüşdə mərhələli həll planını Azərbaycan tərəfi qaldıracaq, Qarabağın təhlükəsizliyini isə, rəsmi Yerevanın danışıqlar masasına gətirməsi gözlənilir. Danışıqlar bu formatda getməsi istisna deyil. Qeyd edim ki, bu görüşdə Azərbaycan prezidenti və Ermənistanın baş nazirinin görüşünün keçirilməsi də müzakirə olunacaq. Əgər konkret detallar razılaşdırılsa, liderlərin görüşü yaxın aylarda reallaşa bilər. Bu görüş baş tutsa, Rusiyadan kənarda keçiriləcək. Qeyd edim ki, Paris görüşündə danışıqların davam etdirilməsi razılaşdırılsa da, konkret detalların müəyyən edilməsi istiqamətində müəyyən razılaşma Ermənistan tərəfinin konusturuktiv mövqeyindən asılı olacaq. Ermənistanın konkret mövqeyi aydın olmasa, əgər liderlərin görüşü payıza qalarsa, yay aylarından başlayaraq cəbhədə Azərbaycanın hərbi təzyiqləri başlayacaq. Ermənistan tərəfində son aylar çalışır ki, Qərblə əlaqələri inkişaf etdirməklə, Azərbaycanın mümkün hərbi təzyiqlərindən Avropanın dəstəyi ilə yayınsın. Əgər, Ermənistan tərəfi bu yola əl atacaqsa, Qərbdə onu müdafiə etməyəcək. Bu da sonucda müharibə ehtimalını gündəmə gətirir".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31