NATO-nun ekspert qrupu ilə işçi görüşü keçirilir
16 Yanvar 2019 12:52 SiyasətHərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafina yardım üzrə NATO-nun "Müdafiə təhsilinin genişləndirilməsi" proqramına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında Alyansın ekspert qrupu ilə işçi görüşü keçirilir. "OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, NATO-nun ekspert qrupu ilə hərbi təhsil müəssisələrinin müəllimləri dərs planlarının və proqramlarının hazırlanmasına və qiymətləndirməyə dair müzakirələr aparırlar.
Yanvarın 17-dək davam edəcək işçi görüşü çərçivəsində yerli müəllimlər açıq dərslər keçirəcəklər. Sonda isə bu açıq dərslərin ümumi nəzəriyyəsinin müzakirəsi və qiymətləndirilməsi olacaqdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31