Ukraynada daha üç nəfərin prezidentliyə namizədliyi qeydə alınıb
16 Yanvar 2019 06:22 SiyasətUkrayna Mərkəzi Seçki Komissiyası yanvarın 15-də keçirilən iclasında daha üç nəfərin prezidentliyə namizədliyini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, iclasda "Naşi" partiyasının üzvü Yevqeniya Muraeva, "Qrajdanskaya pozitsiya" partiyasının rəhbəri, deputat Anatoliy Qriçenko, Ukrayna Ali Radasının komitə sədrinin müavini Vitali Kupriyanın prezidentliyə namizədlikləri qeydə alınıb.
Bununla da prezidentliyə namizədlərin sayı 8-ə çatıb. Daha iki nəfərin namizədliyinin qeydə alınmasından isə imtina edilib.
Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31