Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək
15 Yanvar 2019 14:18 SiyasətMüdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin Qətiyyətli Dəstək missiyası formatında keçiriləcək görüşdə iştirak etmək üçün Brüssel şəhərinə yola düşüb. "OLAYLAR"-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbir 15-16 yanvar tarixlərində NATO-nun Mənzil-Qərargahında Baş Qərargah Rəisləri səviyyəsində keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31