Qərb blokuna qarşı İran-Türkiyə-Rusiya-Çin ittifaqı
15 Yanvar 2019 13:43 SiyasətBirləşmiş Ştatlarla Türkiyə arasında mövcud olan siyasi gərginlik davam edir. Çoxları Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun qardaş ölkəyə səfəri ilə Ankara ilə Vaşinqton arasında sərinliyin bir qədər aradan qaldırılacağına ümid etsə də, lakin gözləntilər heç də özünü doğrultmadı. Əksinə Boltonun səfəri uğursuzluqla yekunlaşdı. Elə müstəqil ekspert Zeynal Əmralıyev də deyir ki, hazırda Vaşinqtonla Ankara arasında gərginlik qalmaqdadır. Onun sözlərinə görə, bir müddət əvvəl Birləşmiş Ştatlar prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Ankarada olarkən məruz qaldığı diplomatik qalmaqal dünyanın gündəmini zəbt etdi: "Donald Trampın müşaviri Ankarada prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməkdən imtina edildi. Ərdoğan onun tərəf müqabilinin özü deyil, baş köməkçisi İbrahim Kalın olduğunu bildirdi. Kor-peşman qalan Bolton isə təkcə Kalınla görüşdü və Ankaranı tərk edərək İsrailə qayıtdı. Onu səfər zamanı ABŞ Qərargah rəisləri birləşmiş komitəsinin rəisi Cozef Danford və Dövlət Katibinin Suriya üzrə özəl təmsilcisi Ceyms Ceffri, Türkiyə tərəfdən Kalını isə xarici işlər nazirinin müavini Sədat Önal, milli müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu, Milli Kəşfiyyat Xidmətinin rəis müavini Cəmaləddin Çelik müşayət edib. Con Bolton Kalınla görüşdü. Ancaq bu görüşdə çox suni alınan bir görüş idi. Açıq məsələ idi ki, Bolton Ərdoğana tələblərini diqtə etməyə gəlmişdi. Ancaq Ərdoğan da ona yerini gösdərdi. Ərdoğanı özündən çıxaran isə Boltonun İsraildə olarkən Türkiyəni Suriyanın şimalındakı kürdləri öldürməkdə ittiham etməsi idi. Bu hadisə Ankara-Vaşinqton arasında olan diplomatik gərginliyi daha da artırdı". Ekspert deyir ki, Tramp Türkiyə ilə münasibətlərdə səhv edir: "Hər şeyin ən böyük səbəbi də budur. Vaşinqton hələ də, daha doğrusu Tramp administrasiyası Türkiyəyə yarım müstəmləkəsi kimi baxmaqdan əl çəkimir. Ərdoğan elə həmin gün partiyasının qrup toplantısında Boltonun şərtlərinin qəbul edilməz adlandırdı. Tramp Corc Buşun səhvini təkrarlayır. Rəcəb Tayyib Ərdoğan isə Vladimir Putinin yolu ilə gedir. Vaxtilə Vladimir Putin də Rusiyada hakimiyyətə gələrkən ölkədə Qərbin gücünü sıfıra endirmiş, ABŞ-ın ölkədəki bütün tərafdarlarını məhf etmişdir. Putinin Mixaıl Xodorkovski kimi Qərbin yaratdığı və dəstəklədiyi iş adamlarını məhv etməsi də bunun nəticəsi idi. Onun bu siyasətini Ərdoğan da davam etdirir. Aydın Doğan nəinki Türkiyədə, bütün regionda ABŞ-ın ən böyük maşası idi. Düzdür, Ərdoğan Doğanı Xodorkovski kimi həbsə atmadı, ancaq konkret olaraq əlindəki hər şeyi alınaraq oyundan kənar edildi. Vaxtilə Rusiyada Putinin bunu etməsinə səbəb Buşun yeni "avtoritar lider" ilə dil tapa bilməməsi idi. Trampla Ərdoğanın problmi də elə buna görədir. Rəcəb Tayyib Ərdoğan öz iddiasını ortaya qoyub və bunu da həyata keçirib. "Bura keçmiş osmanlı torpaqlarıdır, yeni sultanda mənəm". Türkiyə osmanlı mülkü olmuş ətraf əraziləri öz nüfuzuna salmaq isdəyir və edir də. Artıq regionda İran-Türkiyə-Rusiya-Çin bloku yaranmaqdadır. Bu blok Suriyada konkret olaraq ABŞ başda olmaqla Qərb blokunu məğlub edir. ABŞ artıq öz hərbiçilərini Suriyadan çəkməyə başladı. Rusiyanın dəstəklədiyi Bəşər Əsədin legitimliyi artıq yenidən tanınmaqdadır. Sudan prezidenti Ömər əl-Bəşirin Suriya səfəri də elə buna görə idi. Əl-Bəşirin Dəməşqə sifarişlə gəldiyini hər kəsə bəlli idi. Region ölkələrində nüfuz qazanmaq üçün Türkiyənin roluna artıq çox ehtiyac var. Zənnimcə, Tramp artıq daha çox səhvə yol vermədən Ərdoğanın könlünü almağa çalışmalıdır. Yaxşı olar ki, milyader Eğ Evindən çıxaraq Beştəpənin "qapısını döysün". Münasibətləri yaxşı tutmaq üçün isə Fətullah Güləni türklərin öz deyimi ilə "qızıl tepsidə Ərdoğana suna bilər". Onsuz bu barədə müzakirələr gedir. Bu məsələni gecikdirmək Vaşinqtonun sadəcə ziyanınadır".
Bu arada Qaşıqçı cinayətinə də toxunan Zeynal Əmralıyev deyib ki, Camal Qaşıqçinin İstanbulda qətlə yetirilməsindən sonra Ər-Riyad və Vaşinqton arasında qeyri-müəyyən münasibətlər davam etməkdədir: "Konqresdə aparılan müzakirələr kral sarayını narazı salmaya bilməzdi. Son zamanlar mətbuatda yayılan məlumatlarda Qərbin də Səudiyyədən narazı qaldığı, hətta şahzadə Məhəmmədə qarşı qəsdin hazırlandığı, onun hakimiyyətdən uzaqlaşdırılacağı gələn məlumatların arasındadır. Həqiqətən də vəlihədin anlaşılmaz və zidiyyətli hərəkətləri müttəfiqlərinin ciddi narazılığına səbəb olmuşdu. Qaşıqçı olayı isə məsələnin qırılma nöqtəsi oldu. Hazırda istər Ər-Riyad, istərsə də Vaşinqton münasibətləri normallaşdırmaq üçün əhəmiyyətli addım atmır. Bu isə rəsmi Ankaranın əlini gücləndirir. AK Partiya hakimiyyətinin Türkiyənin nüfuz dairəsini daxil etmək istədiyi keçmiş osmanlı torpaqları arasında Səudiyyə Ərəbistanı istər nefti, istər strateji mövqeyi, istərsə də İslam dinin müqəddəs məkanlarının burada yerləşməsi baxımından çox əhəmiyyətli bir dövlətdir. Türkiyəni bu məsələdə müttəfiqləri olan İran, Rusiya və Çin də dəstəkləyir. Ərdoğanın bir lider kimi ərəblər arasında nüfuzu çox yüksəkdir. Ərəblərin əksəriyyəti Türkiyənin dövlət başçısını "xəlifə" kimi görürlər. Vaşinqton bütün bunları nəzərə almalıdır. Lakin bir şeyi unutmayaq ki, Səudiyyə ilə ABŞ arasında sıx ticari əlaqələr var. Ancaq onu da qeyd edim ki, son zamanlar ölkəyə sürətli şəkildə rus, çin və türk kapitalı daxil olur. "Dördlərin ittifaqı" hər vasitə ilə Səudiyyəni Qərbin təsirindən qurtarmağa hesablanıb. Məhəmməd və onun kral olan qocaman atası Salman isə ölkənin yönümünü hər an dəyişdirə bilər, təki hakimiyyətdə qalsınlar. Tramp admistirasiyası bu məsələ ilə bağlı lazımı tədbirləri vaxtında görməsə, ABŞ regionda Türkiyənin ardınca ikinci böyük müttəfiqini də itirə bilər".
Füzuli