“Düşmən siyasi separatizmlə yanaşı, həm də informasiya separatizmi ilə məşğuldur”
9 Yanvar 2019 22:43 SiyasətQulu Məhərrəmli: "Son hadisələr bunu göstərir"
Dağlıq Qarabağdakı qondarma rejimə məxsus "Artsax TV" Amerika peyki olan "İntelsat 33" vasitəsi ilə yayımlanmağa başlayıb ki, bu da sözügedən kanala daha geniş coğrafiyada baxılması imkanı qazandırıb.
Düşmənin informasiya məkanını genişləndirməsi ölkəmiz, onun maraqları üçün hər hansı təhlükə vəd edirmi? Azərbaycan düşmənin informasiya imkanlarını məhdudlaşdırmaq üçün səylərini artırmalıdırmı?
Moderator.az-a açıqlama verən media eksperti, professor Qulu Məhərrəmli baş verənləri informasiya separatizmi kimi dəyələrləndirdi:
"İnformasiyanın yayılması ilə bağlı məsələ beynəlxalq qanunlarla tənzimlənir. Kimliyinən, siyasi mövqeyindən asılı olmayaraq, hər kəsin məlumat yaymaq hüququ var. Amma burada söhbət qondarma respublikanın informasiya separatizmi istqamətində atdığı addımdan gedir. Vaxtiylə Ermənistan KİV-i, ictimaiyyəti bu işlə məşğul olurdu. Indi isə konkret Qarabadakı rejim informasiya yayımı ilə məşğuldur.
Əlbəttə, bu hal Azərbaycanın maraqları üçün təhlükələr yaradır. Azərbaycan üçün də bu, çox ciddi bir problemdir. Bunun qarşısını almaq üçün Azərbaycanın imkanlarının böyük olduğunu düşünürəm. Sadəcə bu, necə təşkil edilməlidir, bu barədə düşünmək lazımdır.
Məsələn, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycan İcmasının informasiya resurslarını gücləndirmək, onun imkanlarını genişləndirmək olar.
Bu cür hadisənin baş verməsi, qondarma rejimə məxsus kanallrın geniş məkana çıxması Azərbaycan üçün müəyyən problem yarada bilər. Bu o deməkdir ki, qarşı tərəf yalnız siyasi separatizmlə deyil, həm də informasiya separatizmi ilə məşğul olurr