Vaşinqton-Ankara arasında növbəti gərginlik
Türkiyədə məlum dövlət çevrilişinə cəhddən sonra gərginləşən, daha sonra Suriyada həyata keçirilən “Zeytun budağı” əəməliyyatı və keşiş qalmaqalı ilə bir qədər də böyüyən Vaşinqton-Ankara münasibətlərini hər vəchlə normallaşdırmağa, iki ölkə arasında qeyd edilən son problemlərə qədər mövcud olan müttəfiqliyi və strateji tərəfdaşlığı bərpa etməyə cəhdlər göstərilsə də, lakin görünən odur ki, tərəflər arasında müsbət dinamikanı əldə etmək hələlik mümkün görünmür.
9 Yanvar 2019 16:00 SiyasətTürkiyədə məlum dövlət çevrilişinə cəhddən sonra gərginləşən, daha sonra Suriyada həyata keçirilən "Zeytun budağı" əəməliyyatı və keşiş qalmaqalı ilə bir qədər də böyüyən Vaşinqton-Ankara münasibətlərini hər vəchlə normallaşdırmağa, iki ölkə arasında qeyd edilən son problemlərə qədər mövcud olan müttəfiqliyi və strateji tərəfdaşlığı bərpa etməyə cəhdlər göstərilsə də, lakin görünən odur ki, tərəflər arasında müsbət dinamikanı əldə etmək hələlik mümkün görünmür. Onu da qeyd etmək lazımdır ki, Türkiyə ilə Birləşmiş Ştatalar arasında münasibətlərin gərgin atmosferə qədəm qoymasına təsir edən əsas amillərdən biri də Ankaranın Moskva ilə yaxınlaşmasıdır. Hər nə qədər məlum təyyarə qəzası və səfirin öldürülməsindən sonra Birləşmiş Ştatlar və Qərb tərəfindən Rusiya ilə Türkiyə arasında ciddi problem yaradılmağa cəhd göstərilsə də, lakin nəticə etibarilə ortada olan siyasi iradə və düşünülmüş siyasət Türkiyə ilə Rusiyanı nəinki bir-birindən uzaqlaşdırdı, əksinə bu ölkələri daha da yaxınlaşdırdı. Məhz bu amilin özü də Birləşmiş Ştatlarda qıcıq yaradan başlıca faktordur və bu səbəbdən müntəzəm olaraq Ankaraya qarşı Vaşinqton tərəfindən siyasi təzyiqlər edilir. Ekspretlər Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Türkiyəyə səfəri zamanı iki ölkə arasında bəzi incikliklərin aradan qaldırılacağına dair proqnozlar səsləndirsələr də, lakin gözlənilənlər heç də özünü doğrultmadı. Əksinə kritik dönəm qalmaqda davam edir. Buna isə səbəb olan əsas amillərdən biri Türkiyənin Suriyada PKK-nın Suriya qanadı sayılan YPĞ-ya qarşı yeni hərbi əməliyyat keçirmək istəyidir. Türkiyə ilə Birləşmiş Ştatlar arasında mövcud olan münasibətlər, eləcə də Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Ankaraya səfəri ilə bağlı məsələyə toxunan Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun İsraildən sonra Türkiyə səfəri demək olar ki, siyasi fiaskoya uğradı. Onun sözlərinə görə, ilk növbədə Con Boltonun İsraildə Suriyadan çəkilməklə Türkiyənin YPG terror təşkilatını qoruması ilə bağlı bəyanatı, Ankaranın hissiyyatına toxunmaqdır: "Bu açıqlamdan sonra, onun Türkiyə səfəri reallaşmamalı idi. Çünki, gözlənildiyi kimi danışıqlar baş tutmadı, hətta prezident Rəcəb Tayyib Ərdoğan onunla görüşdən imtina etdi.
Qeyd edim ki, Con Boltonun Türkiyəyə və şəxsən prezident Rəcəb Tayyib Ərdoğana qarşı anti-patiyası var. Ona görə də səfər edəcəyi və müttəfiqi olan bir ölkəyə qarşı aşağılayıcı təhlükəsizliyini təhdid edən açıqlama verməsi Ankaraya hədə mesajıdır" Məhəmməd Əsədullazadə qeyd edib ki, .
göründüyü kimi, Con Bolton Türkiyəni danışıqsız tərk etməli oldu: "Halbuki, Con Bolton səfərində Türkiyənin İrana qarşı sanksiyalara qoşulması, Rusiya və Türkiyə ilə əlaqələri və Ankaranın Fəratın şərqinə planlaşdırdığı əməliyyatı müzakirə olunacaqdı. Türkiyəni əsas qayğılandıran problemi olan YPG Birləşmiş Ştatların dəstəyi davam etdiyi üçün Anakara bu danışıqlara ehtiyac duymayıb. Ümumiyyətlə Con Bolton İsrail, Türkiyə və Birləşmiş Ştatlar üçbucağı formalşdırmağa gəlmişdi. Amma, onun YPG qorumaq kimi bəyanatı bu planı alt-üst etdi".
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri deyib ki, Türkiyənin YPG qarşı planlaşdırdığı hərbi əməliyyat reallaşacaq: "Birləşmiş Ştatlar məcbur qalıb, Türkiyənin tələblərini qəbul edəcək. Türkiyəni itirmək, Birləşmiş Ştatların Yaxın Şərqdən çıxması deməkdir. Nə İsrail, nə də Səudiyyə Ərəbistanı heç vaxt Türkiyənin siyasi və hərbi yerini tuta bilməız. Ona görə ki, bu iki ölkə Vaşinqtonun protektorluğunda olan ölkələrdi. Ağ Evdən idarə olunurlar".
Göründüyü kimi Birləşmiş Ştatlarla Türkiyə arasında problemlər davam etməkdədir. Belə anlaşılır ki, iki ölkə arasında ziddiyyətlər getdikcə dərinləşəcək. Bu gərginlik isə ilk növbədə Rusiyanın maraqlarına xidmət edəcək. Və Moskva bundan istifadə edib Suriyada daha da möhkəmlənəcək.
Məhəmıməd