"Ermənistanın nə daxili, nə də xarici siyasət proqramı yoxdur"

"Ermənistan artıq bütün müttəfiqləri ilə əlaqələrini pozmaqdadır. Ən yaxın müttəfiqi Rusiya belə Ermənistana başqa gözlə baxır, başqa münasibət göstərir. Rusiya qazın qiymətində belə Ermənistana güzəştə getmir, istəklərini yerinə yetirmir". Bu fikirləri  politoloq Fikrət Sadıqov deyib.

Ermənilərin arxasında dayanan yeganə qüvvənin ABŞ və Fransada yaşayan zəngin diasporun olduğunu deyən politoloq söyləyib ki, son dövrlər düşmən ölkəyə havadarlıq edənlər artıq maliyyə hesabatları tələb etməyə başlayıblar: "Çünki, Ermənistanı xaricdən müdafiə edən qüvvələr öz maliyyə hesabına nəzarət etmək fikrindədirlər. Bu o deməkdir ki, Ermənistan onların tapşırıqlarını həyata keçirməlidir. Hələlik bu vasitələr düşmən ölkənin yaşamasına az da olsa kömək edir. Əks halda, Ermənistan tamamilə yoxa çıxmışdı".

F. Sadıqov söyləyib ki, Ermənistanda yeni hakimiyyət hələ də çabalamaqdadır: "Bu ölkədə heç hökumət belə yoxdur. Parlament seçkilərindən xeyli müddət keçsə də, hökumət formalaşmayıb. Baş nazir başda olmaqla, hamı icra edən şəxs kimi şəxs edir. Ermənistanın nə daxili, nə də xarici siyasi proqramı var. Bu ölkədə bütün fəaliyyət yalnız şüar və bəyanatlar şəklindədir. Düşmən ölkənin düşünülmüş, prinsiplərə əsaslanan heç bir proqramı yoxdur".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31