"Erməni xisləti əslində bütün tərəqqipərvər insanları düşünməyə vadar edir"

"Qardaş Qazaxıstanda baş verən hadisələr bir neçə baxımdan diqqət cəlb edir. Birincisi ermənilərin iç üzünü, ermənilərin mahiyyətini, yaxud ermənilərin mahiyyətsizliyini dəfələrlə azərbaycanlı qardaşlarından eşidən qazax dostlarımız nəhayət öz ölkələrində və bir qazax vətəndaşının timsalında ən azı gördülər". Bunu Azərbaycan Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə təəssüf ki bu hadisələr yaşandı, kaş belə bir hadisə yaşnmazdı və bir qazax qardaşımızın həyatına qəsd olunmazdı: "Amma erməni xisləti elədir ki, istər Parisdə olsun, istər Nyu-yorkda olsun, istərsə də dünyanın harasında olur-olsun həmişə təcavüzə, terrora, separatizmə, başqalarına aid olan əmlaka, mülkə və Allahın verdiyi cana qıymaq üstündə qurulubdur, nə yazıqlar olsun ki. Əslində, bu bəşəriyyət üçün bir problemdir və armenifobiya deyilən, erməni xəstəliyi deyilən, ermənizim deyilən, və yaxud da bundan sonra başqa elmi müstəvilərdə təhlilə cəlb ediləcək erməni xarakteri, daha doğrusu xaraktersizliyi gələcəkdə də bəşəriyyət üçün hansısa problemləri törədə bilər bu gün Qazaxıstanda baş verən hadisələrin timsalında bir daha hamını düşüncəyə, hamını fikirə dəvət edir.

Mənə qismət olub ki, dəfələrlə Qazaxıstanda, Türküstanda, Çimkənddə, Alma-Atada, Astanada olmuşam. Özü də, əlbəttə bir qeyri-hökumət təmsilçisinin, bir yazarın səfəri sıradan bir turist səfəri deyil və orda olduğumiz müddətdə alimlərlə, şairlərlə, yazıçılarla, ictimai fikri qidalandıran insanlarla dəfələrlə söhbətlərimiz olubdur. Biz qardaş Qazaxıstanın istər dövlət səviyyəsində, istər xalq səviyyəsində Azərbaycana məhəbbətini, qardaşlığını əlbəttə həmişə yüksək qiymətləndirmişik, qeyd etmişik, bu öz yerində. Bununla bərabər, Qazaxıstan ərazicə böyük ölkədir və əhalisi də çoxmillətlidir. Habelə əhali də ərazi üzrə qeyri-bərabər paylanmış bir qardaş ölkəmizdir. Heç də hamıdan eyni münasibəti gözləmək, heç də hamının bizimlə bağlı ətraflı bilgilərə, bizimlə bağlı deyərkən Azərbaycanın başına ermənilər tərəfindən gətirilmiş və havadarları tərəfindən dəstəklənən siyasətdən söhbət gedir ki, hamının eyni dərəcədə məlumatlı olduğunu da düşünmək əlbəttə doğru olmazdı. Bu mənada son iki gün ərzində Qazaxıstandan olan dostlarımızın öz ölkələrində baş verən hadisələrlə bağlı şəxsən mənim elektron poçtuma göndərdiyi bağlantılar, mənimlə bir dost kimi etdiyi paylaşımlar qazax ictimaiyyətinin nə qədər bu hadisədən hiddətləndiyini, nə qədər əlavə məlumatlara ehtiyac duyduğunu və ermənilərin iç üzü barədə yenidən düşüncəyə dəvət olunduğunu görmək olar. Söz vaxtına çəkər, sizdən cəmi bir neçə dəqiqə öncə yazar dostumuz mənə müraciət etdi ki, Qarabağda baş verən hadisələr barədə lütfən mənə daha doğru-dürüst məlumat əldə edə biləcəyim yeni ünvanlar göndərə bilərsinizmi? Mən də əlbəttə, Virtual Qarabağ kimi müəyyən ünvanları və başqa məlumatları da onunla yenidən paylaşdım. Bunları deməkdə məqsədim nədir? Mən elə bilirəm ki, Qazaxıstan Kütləvi İnformasiya Vasitələri, Qazaxıstan ictimai fikrinə təsir edən imkanlar bu hadisənin üzərində ermənilərin xislətini açan yeni əsərlərlə, yeni məqalələrlə, yeni informasiya paylaşımları ilə çıxış etməkdə həm haqlıdırlar, həm də buna çox ehtiyac vardır. Bu həmçinin Özbəkistanı da, Qırğızıstanı da, Türkmənistanı da, başqa qonşu ölkələri də, lap deyək ki, Rusiya Federasiyasının subyektlərindəki bizimlə daha yaxın qohum olan, qardaş olan xalqları da, əslində elə bütün dünyada yaşayan tərəqqipərvər insanların dilindən, dinindən asılı olmayaraq hamısını düşünməyə dəvət edir. İndiyə qədər azərbaycanlılar ermənilərdən niyə bu qədər çəkiblər, niyə əraziləri işğal olunub, niyə azərbaycanlıların əleyhinə təbliğat aparırlar? Həm öldürürlər, həm də öldürüləni günahkar sayırlar. Həm öldürürlər, həm də günahlarını başqalarının üstünə yıxırlar. Həm terrorla məşğuldurlar, həm qarşı tərəfi terrorda ittiham edirlər. Tarix boyu, zaman- zaman həm özləri soyqırım edir, həm də soyqırımına məruz qalmış kimi özlərini göstərirlər. Bu mənada mən elə başa düşürəm sizin, sizin timsalınızda başqa Kütləvi İnformasiya Vasitələrinin də Qazaxıstanda baş vermiş hadisələrə diqqəti fokuslaması çox aktualdır və bu həm tarixi baxımdan, həm də gələcəyə yönəlik siyasət baxımından da, informasi, həqiqətlərin paylaşılması baxımından da çox gərəkli bir addımdır".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31