“Azərbaycan tərəfdaşlıq və əməkdaşlığa yönəlmiş siyasətini bu il də davam etdirəcək”
8 Yanvar 2019 18:29 Siyasət"Azərbaycan xarici siyasətində öz strategiyasını bu il də davam etdirəcək".
Bu fikri Milli Məclisin deputatı Asim Mollazadə deyib.
O bildirib ki, 2019-cu ildə davam etdiriləcək xarici siyasət dedikdə ilk növbədə Azərbaycanın məhz tərəfdaşlıq və əməkdaşlığa yönəlmiş siyasəti nəzərdə tutulur: "Bu proses uğurla davam etdiriləcək. Eyni zamanda ölkəmizin problemlərini dünyaya çatdıraraq beynəlxalq təşkilatlardan və dünyanın nüfuzlu ölkələrindən Azərbaycana dəstək qazanılacaq".
Azadinform
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31