Ukrayna kilsəsinə müstəqilliyin verilməsi Rusiya-Türkiyə münasibətlərinin mövzusuna çevrilə bilər

Fənər Rum Patriaxliğinin Ukrayna kilsəsinə müstəqillik verməsinin orta və uzun perspektivdə ciddi geosiyasi və geomədəni nəticələri olacaq. "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə politoloq Nazim Cəfərsoy çıxış edib. O, bildirib ki, ilk olaraq məsələ Rusiya-Türkiyə münasibətlərinin mövzusuna çevriləcək: "Bu çərçivədə Rusiya Patriarx Bartelomosun vəzifəsini itirməsi üçün siyasi və dini vasitələrdən istifadə etməyə çalışacaq. Bu mənada Rusiyanın təsir imkanlarına malik ola bildiyi beynəlxalq və Türkiyə mərkəzli mətbuat orqanlarında Bartelomosun Türkiyə eleyhdari fəaliyyətlərinə dair ciddi xəbərlər yayımlanması sürpriz olmaz. Bartelomos məsələsi Putin-Ərdogan görüşlərində də daha aktual formada gündəmə gələ bilər. Digər tərəfdən Kremlin arxasinda durduğu Rusiya Patriaxliği Pravoslav dünyasında Fənər Patriarxliginin zəiflədəcək, yeni bir dini otorite mexanizm üçün cəhdlərini artıracaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31