"Cənab Prezidentin qardaş ölkədə "İlin dövlət başçısı" seçilməsi Türkiyə xalqının ona olan hörmətinin göstəricisidir"
7 Yanvar 2019 14:47 SiyasətMilli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, deputat, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov Prezident İlham Əliyevin Türkiyədə səmimi, işgüzar, uğurlu və Türkiyə dövlətinin dostu meyarlarına görə "İlin dövlət başçısı" seçilməsi məsələsinə münasibət bildirib.
Eldar İbrahimov deyib ki, Prezident İlham Əliyevin qardaş Türkiyədə "İlin dövlət başçısı" seçilməsi təqdirəlayiq hadisədir:
"Mən bu addımı çox yüksək qiymətləndirirəm. Çünki cənab Prezident İlham Əliyevin buna böyük haqqı var. Cənab Prezidentin başçılığı altında Azərbaycan uzun illərdir ki, bütün sahələrdə inkişaf edir, əhaimiz əmin-amanıq şəraitində yaşayır. Ona görə də cənab İlham Əliyevin "İlin adamı" seçilməsi gözəniən idi".
Sözügedən mükafata görə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) rəhbəriyinə təşəkkür edən Edar İbrahimov qeyd edib ki, dost-qardaş ölkə Türkiyədən belə bir qiymətin veriməsi sevindirici haldır:
"Cənab Prezidentin qardaş ölkədə "İlin dövlət başçısı" seçilməsi Türkiyə xalqının ona olan hörmətinin göstəricisidir. Bu gün cənab İlham Əliyev gördüyü işlərlə təkcə Azərbaycanda deyil, eyni zamanda qardaş ölkədə də böyük rəğbət qazanıb. Bu gün Azərbaycan-Türkiyə münasibətləri yüksələn xəttlə inkişaf edir. Biz dövlət və xalq olaraq bir yerdəyik, əksər regional və beynəlxalq layihələrdə bir yerdə iştirak edirik. Təbii ki, bu münasibətlərin əldə edilməsində cənab Prezident İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın rolu böyükdür. Bu gün Türkiyədə taksiyə minib Azərbaycanın adını çəkəndə hər kəs cənab Prezident İlham Əliyevin adını çəkir, onun gördüyü böyük uğurlu işlərdən danışır. Yəni, Türkiyədə bizim Prezidentimizə böyük sevgi və hörmət var. Ona görə də cənab Prezident İlham Əliyevin tam haqqıdır ki, belə bir mükafata layiq görülüb. Bizim Prezidentimiz bundan da yüksək mükfatlara layiqdir. Mən belə bir mükafatın verilməsinə görə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının rəhbərinə də öz təşəkkürümü bildirirəm. Sağ olsunlar ki, belə bir doğru seçim ediblər".
Xatırladaq ki, Prezident İlham Əliyev Türkiyədə səmimi, işgüzar, uğurlu və Türkiyə dövlətinin dostu meyarlarına görə "İlin dövlət başçısı" seçilib. Sözügedən seçim Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasına bağlı olan 16 bölgədə 145 vətəndaş cəmiyyəti təşkilatları tərəfindən aparılıb.
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirib ki, "İlin dövlət başçısı" mükafatı Prezident İlham Əliyevə bu ilin yanvar ayında təqdim olunacaq.
Ölkə.Az