"Ölkəmiz beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilib" - RƏY

"Azərbaycan Prezidenti İlham Əliyevin də söylədiyi kimi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar, qlobal enerji layihələrinin uğurlu icrası, qeyri-neft sektorunun sürətli inkişafı respublikamızın dünya siyasi arenasında müsbət imiclə tanınmasını, regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin edib". Bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun sözlərinə görə, 2018-ci ildə həyata islahatların da əsas məqsədi Azərbaycanı daha da güclü dövlətə çevirmək olub: "Azərbaycanda inkişaf və islahatlar cəmiyyət həyatının hər sferasında müşahidə olunur. Bizim inkişafımızın təməlində həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır".

Ölkə başçısının fikirlərini xatırladan deputat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi kimi bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən asılı deyil: "Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır və bizim müstəqil siyasətimizi gücləndirən amildir".

C.Osmanov vurğulayıb ki, son illər Dövlər başçısının rəhbərliyi ilə ölkəmizin turizm imkanlarının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində yaradılan münbit şərait ölkəmizdə iş adamlarına səmərəli fəaliyyət üçün də mühüm imkanlar yaradıb: "Azərbaycan tərəfindən həyata keçirilən irimiqyaslı tədbirlər, geniş infrastruktur layihələri, Ələt Azad Ticarət Zonasının yaradılması, Bakı-Tbilisi-Qars dəmir yolunun və Trans-Anadolu (TANAP) qaz kəmərinin istifadəyə verilməsi, Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Cənub Qaz Dəhlizi layihəsinin reallaşması ölkəmizə xarici investisiyanın cəlb edilməsinə xüsusi təkan verib. Dünya Bankının "Doing Business" proqramının son hesablamalarında Azərbaycan dünya miqyasında 25-ci yerə layiq görülüb. Bütün bunlar göstərir ki, apardığımız islahatlar, şəffaflıq, ciddi iqtisadi islahatlar öz nəticəsini verir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31