Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələdə

2018-ci ildə Azərbaycan Avropa İttifaqı ilə əlaqələrini daha da möhkəmləndirib Beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycanın xarici siyasətində mühüm yer tutur. Məlum olduğu kimi ölkəmiz müstəqillik əldə etdikdən sonra onlarla nüfuzlu beynəlxalq təşkilata üzv seçilib. Etiraf edilməlidir ki, Azərbaycan yürütdüyü xarici siyasəti, çıxış etdiyi təşəbbüsləri ilə həmin təşkilatların fəaliyyətinə töhvə veməkdə davam edir. Ölkəmizin əməkdaşlıq etdiyi nüfuzlu beynəlxalq təşkilatlardan biri də Avropa İttifaqıdır (Aİ) ki, hazırda bu əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir.

2018-ci ildə  Azərbaycan Avropa İttifaqı ilə əlaqələrini daha da möhkəmləndirib

Beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycanın xarici siyasətində mühüm yer tutur. Məlum olduğu kimi ölkəmiz müstəqillik əldə etdikdən sonra onlarla nüfuzlu beynəlxalq təşkilata üzv seçilib. Etiraf edilməlidir ki, Azərbaycan yürütdüyü xarici siyasəti, çıxış etdiyi təşəbbüsləri ilə həmin təşkilatların fəaliyyətinə töhvə veməkdə davam edir. Ölkəmizin əməkdaşlıq etdiyi nüfuzlu beynəlxalq təşkilatlardan biri də Avropa İttifaqıdır (Aİ) ki, hazırda bu əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. 2018-ci ildə isə Azərbaycan Avropa İttifaqı ilə əlaqələrini daha da möhkəmləndirməyə nail olub. Xatırladaq ki, ölkəmiz beynəlxalq təşkilatların işində fəal iştirak edərək milli maraqlarını qlobal siyasətdə müdafiə etməklə üzləşdiyi təhlükəsizlik problemlərinə tərəfdaş dövlətlərin diqqətini cəlb edir. Müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz regionunda balanslaşdırılımş xarici siyasət xətti yürüdən rəsmi Bakı bütün beynəlxalq və regional məsələlərə münasibətdə beynəlxalq norma və prinsiplərə əsaslanaraq ayrı-ayrı dövlətlər və təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir. Hazırda Azərbaycanın əməkdaşlığa üstünlük verdiyi  nüfuzlu beynəlxalq təşkilatlardan biri də Avropa İttifaqıdır. Qeyd edək ki, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsası Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) ilə yaranıb. Bu sənəd 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanıb və onu imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1 iyul 1999-cu il tarixində qüvvəyə minib. Etiraf edilməlidir ki, TƏS əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin etməklə, AR ilə Aİ arasında münasibətlərə yeni təkan verib. Bu Saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Onun əsas məqsədlərindən biri Azərbaycan qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunlaşdırılması təşkil edir. Məlumat üçün qeyd edək ki, Azərbaycan son illərdə bu istiqamətdə çox ciddi addım atıb. Bundan başqa, Azərbaycan Respublikasını Avropa Qonşuluq Siyasətinə (AQS) daxil etmək haqqında Aİ Şurasının 14 iyun 2004-cü il tarixli qərarı ikitərəfli əməkdaşlıqda irəliyə doğru mühüm addım olub. Aİ ilə əlaqələrdə daha yüksək səviyyəli siyasi və iqtisadi inteqrasiya vəd edən AQS ona daxil olan ölkələr üçün tərəfdaşlığın gələcək inkişafı baxımından yeni bir mərhələ kimi qəbil olunur. Yeri gəlmişkən qeyd edək ki, AQS ölkəmiz üçün siyasi, iqtisadi və inzibati islahatların həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilməsində konkret irəliləyişə nail olunması müqabilində Aİ-nin daxili bazarında müəyyən paya sahib olma imkanı yaradıb. Həmçinin 1996-cı ildə Azərbaycan və Avropa İttifaqı arasında "Tərəfdaşlıq və əməkdaşlıq haqqında" sazişin imzalanması ikitərəfli münasibətlərin hüquqi bazasının formalaşdırılması baxımından da vacib əhəmiyyət daşıyır.  Saziş çərçivəsində Avropa Birliyinin Azərbaycanda bazar münasibətlərinin inkişaf etdirilməsi məqsədilə bəzi struktur islahatlarının aparılmasına, özəlləşdirmə proqramına, infrastruktur layihələrinin reallaşmasına maddi və texniki yardımları nəzərdə tutulub. 2004-cü ilin mayında imzalanmış "Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında" saziş ikitərəfli əlaqələrin daha da dərinləşməsi, ölkəmizin iqtisadi cəhətdən inkişaf etmiş Avropa məkanına inteqrasiyasının sürətlənməsi, regional əhəmiyyətli müştərək layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 2006-cı il 14 noyabr tarixdə Avropanın "Yeni qonşuluq siyasəti üzrə fəaliyyət planı" təsdiq edilmiş, ölkələrin ərazi bütövlüyü ilə bağlı prinsiplər dəstəklənmişdir. Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan edir.

Ümumilikdə təşkilatla 1993-cü ildə əsası qoyulmuş diplomatik münasibətlər son illdə qarşılıqlı maraqlar əsasında yüksələn xətlə inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hələ ötən ilin may ayında Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri, Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun üzvü, Böyük Britaniyadan olan deputat Sayyad Kərimin başçılıq etdiyi Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edən zaman qeyd edib ki, Avropa İttifaqı ilə əlaqələrin uğurla inkişaf etdiyini bildirən dövlətimizin başçısı Avropa Komissiyasında keçirilən son görüşlərini məmnunluqla xatırladıb və bu səfərin nəticəsi kimi yeni saziş üzərində işlərin başlandığını deyib. Prezident İlham Əliyev qeyd edib ki, eyni zamanda, Azərbaycan Avropa İttifaqı üzv dövlətlərinin üçdəbiri ilə artıq strateji tərəfdaşlıq sənədi imzalayıb və ya qəbul edib. Bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirən Prezident İlham Əliyev əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, mədəni, ticarət və enerji təhlükəsizliyi sahələrində həyata keçirildiyini qeyd edərək Avropa İttifaqının Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu, öz növbəsində, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun getdikcə daha da artdığını vurğulayıb. Nəqliyyat infrastrukturu sahəsinə toxunan dövlətimizin başçısı ötən il istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Asiya ilə Avropa arasında mühüm nəqliyyat körpüsü rolunu oynadığını və Azərbaycanın Avrasiya məkanında önəmli nəqliyyat qovşağına çevrildiyini bildirib. Prezident İlham Əliyev əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməkdir. Avropa İttifaqı tərəfindən irəli sürülmüş Vahid Avropa Birliyi formulu Azərbaycan üçün çox önəmlidir. Bu model region dövlətlərlə nüfuzlu qurum arasında əməkdaşlığın ən müxtəlif istiqamətlərdə möhkəmləndirilməsinə yönəlib. Odur ki, Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq Azərbaycanın xarici siyasət doktrinasında mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilib.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31