"Bütün sahələr üzrə Azərbaycan iqtisadiyyatı inkişaf edib”

“Ümumiyyətlə qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində söylədiyi bütün fikirlərdə həqiqət var. Bütün sahələr üzrə Azərbaycan iqtisadiyyatı inkişaf edib”. Bunu millət vəkili Elşən Musayev deyib.

"Ümumiyyətlə qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində söylədiyi bütün fikirlərdə həqiqət var. Bütün sahələr üzrə Azərbaycan iqtisadiyyatı inkişaf edib". Bunu  millət vəkili Elşən Musayev deyib.

Deputatın sözlərinə görə, Azərbaycan ən böyük layihələrdə iştirakçı, tərəf olaraq nümayiş olunub: "Amma xüsusi statistik göstəricilər var ki, həmin göstəricilərdə bütün artımlar üzərində Azərbaycan liderdir. Biz bunu təkcə özümüz demirik. Biz bunu bütün beynəxalq təşkilatların, beynəlxalq araşdırmaçı qurumların növbələnməsində, sıralanmasında da görmüşük. Azərbaycan Prezidentinin dediklərində həm də ona görə həqiqət var ki, bütün illərlə müqayisədə Azərbaycan iqtisadiyyatı və ölkəmizin inkişafı bütün istiqamətlər üzrə üst dinamika xəttini götürüb. Bu ondan xəbər verir ki, bizim siyasətimiz düzgündür. Azərbaycanda siyasi sabitliyin də ilk üç mərhələsi var. Biz qonşu Gürcüstana, Ermənistana, Avropaya və dünyanın bir çox məkanlarına baxırıq. Siyasi sabitlik olmayan yerdə heç bir inkişafdan söhbət gedə bilməz. Azərbaycan dövlətinə və rəhbərliyinə həm də ona görə borcluyuq ki, bu siyasi sabitliyin üzərində inkişafı təmin edib".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31