"Bu gün dünya Dağlıq Qarabağla bağlı həqiqəti bilir"
“Azərbaycanın Dağlıq Qarabağ məsələsi ilə bağlı 2018-ci ildə görülən işlərə inamı o dərəcədədir ki, artıq inamın özü Ermənistanda qorxu yaradıb. Cənab Prezidentin 2018-ci ilin sonlarına yaxın Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı verdiyi açıqlamalar, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun verdiyi açıqlamalar Ermənistan cəmiyyətində ab-havanı müəyyənləşdirən parametrə çevirib”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
3 Yanvar 2019 14:11 Siyasət"Azərbaycanın Dağlıq Qarabağ məsələsi ilə bağlı 2018-ci ildə görülən işlərə inamı o dərəcədədir ki, artıq inamın özü Ermənistanda qorxu yaradıb. Cənab Prezidentin 2018-ci ilin sonlarına yaxın Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı verdiyi açıqlamalar, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun verdiyi açıqlamalar Ermənistan cəmiyyətində ab-havanı müəyyənləşdirən parametrə çevirib". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Mərkəz sədrinin sözlərinə görə, ilin ən böyük konkret hadisəsi Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yenidən strukturlaşması oldu: "Hətta mən deyərdim bu İcmanın yenidən yaradılması idi. Hesab edirəm ki, bu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsində yeni bir keyfiyyət mərhələsidir. Azərbaycanın dünya erməniliyinə qarşı mübarizə imkanlarını qat-qat artıran parametrdir. Onsuzda bu gün dünya Dağlıq Qarabağla bağlı həqiqəti bilir. Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə deyib ki, yəni heç kəs Ermənistanın mövqeyini dəstəkləmir əksinə hamı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Amma indi Dağlıq Qarabağın Azərbaycanlı İcmasının yaranması ilə bizim dünya erməniliyinə qarşı mübarizə istiqamətlərimiz daha konkretləşəcək. Mən münasibətlə Dağlıq Qarabağın Azərbaycanlı İcmasını təbrik edirəm və onlara uğurlar arzulayıram. Hesab edirəm ki, onlar üçün müsbət mənada 2019-cu il ağır, zəhmətli və şanlı bir il olacaq. Çünki Dağlıq Qarabağın Azərbaycanlı İcmasının qələbə çalmaq imkanları çox böyükdür".
SİA