"Azərbaycan ərazi bütövlüyü ilə bağlı çox ciddi addımlar atıb"

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində haqlı olaraq bildirdi ki, 2018-ci ildə Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli işində çox ciddi mövqelərə malik olub. Cənab Prezidentin dediklərində böyük bir həqiqət var”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində haqlı olaraq bildirdi ki, 2018-ci ildə Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli işində çox ciddi mövqelərə malik olub. Cənab Prezidentin dediklərində böyük bir həqiqət var". Bunu  millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, ilk növbədə Azərbaycan danışıqlar prosesində problemin Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən qoşunlarının çıxarması məsələsi olduğunu bir daha qətiyyətlə müdafiə etdi: "Ermənistanın yeni rəhbərliyi problemin qoyuluşunu əsas məzmundan uzaqlaşdırmağa çalışsa da, bu, alınmadı. İkincisi, beynəlxalq təşkilatlarda Azərbaycanın bir daha ərazi bütövlüyü təsdiq edildi. Ermənistanın bütün cəhdlərinə baxmayaraq işğalçı ölkənin qoşunlarının çıxarılması vacib hesab edildi. Vacib məqamlardan biri də Azərbaycanın Silahlı Qüvvələrinin ərazi bütövlüyümüzün bərpası üçün atdığı qətiyyətli addımlar oldu.

2018-ci ilin may ayında Naxçıvanın Şərur rayonunun Günnüt kəndinin və ətrafdakı 11 min hektar ərazinin işğaldan azad edilməsi Silahlı Qüvvələrimizə Ermənistandan işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gedən yolları nəzarətdə saxlamağa imkan verdi. Yəni, bütün bunlar bir daha göstərdi ki, Azərbaycan ərazi bütövlüyü məsələsində çox ciddi addımlar atıb və həmişə bu məsələ Azərbaycan dövlətinin gündəlik fəaliyyətində əsas məsələ kimi qalacaq. 2019-cu ildə problemin həlli üçün müəyyən ümidlər vardır. Ermənistan bu imkandan istifadə edərsə, Azərbaycandan daha çox işğalçı ölkə problemin həllindən qazanacaq. Yox əgər Ermənistan özünün işğalçılıq siyasətini davam etdirəcəksə, bu ona gətirib çıxaracaq ki, Ermənistan vəziyyətini daha da ağırlaşdıracaq".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31