"2019-cu il həlledici il kimi tarixdə qalacaq”
3 Yanvar 2019 13:58 Siyasət"Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində birmənalı olaraq vurğuladı ki, 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib. Ölkə başçısı bu məsələ ətrafında geniş şərh verdi. Ümumiyyətlə, bu bir həqiqətdir. Yəni 2018-ci ildə beynəlxalq aləmdə, bütün istiqamətlərdə Azərbaycanın uğurları bu sözü deməyə bizə əsas verir". Bunu millət vəkili Elman Məmmədov deyib.
Deputatın sözlərinə görə, dövlət başçımızın dedikləri əməllə, işlərlə öz təsdiqini tapır: "Cənab Prezidentimizin bir fikri var idi və hər zaman deyirdi ki, "elə bizim siyasətimiz, bizim işimizdir". Bəli, görülən işlər siyasətdə uğur qazanmağa kömək edir. 2018-ci ildə Azərbaycan beynəlxlaq aləmdə yəni dövlətlərarası münasibətlərin beynəlxalq qurumlarla olan əlaqələrində çoxsaylı uğurlar qazandı. 2018-ci il bütün istiqamətlərdə olduğu kimi bu istiqamətdə də Azərbaycan üçün çox uğurlu oldu. Görülən işlər bunu təsdiq edir. İnşallah, 2019-cu il 2018-ci ildən də uğurlu olacaq və cənab Prezidentimizin dediyi kimi. 2019-cu ildən gözləntilərimiz çoxdur. Xüsusilə, Dağlıq Qarabağ probleminin həlli istiqamətində ümid edirik ki, irəliləyişlər olacaq və 2019-cu il həlledici il kimi tarixdə qalacaq".
SİA