"Azərbaycan dünyanın geosiyasi xəritəsində dəyişiklik edən ölkəyə çevrildi"

"2018-ci il Azərbaycanın daxili və xarici siyasətində ən prioritet istiqamət Dağlıq Qarabağ münaqişəsi oldu. Müharibə tək səngərlərdə deyil, həm diplomatik, həm diaspora, həm qeyri-hökumət təşkilatları, həm informasiya istiqamətində oldu". Bu fikirləri  siyasi şərhçi Arzu Nağıyev deyib.

Siyasi şərhçi bildirib ki, ötən il Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan diplomatik addımlarla yadda qaldı: "Bu həm Azərbaycan Prezidentinin apardığı siyasətlə, əm də aprel hadisələrindən sonra səngərlərdə əldə olunan qələbə ilə bağlıdır".

Onun sözlərinə görə, ötən il Azərbaycan üçün həm NATO, sülhməramlı proseslərdə iştirakı, həm də bir sıra ölkələrlə ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılması və inkişafı ilə yadda qaldı.

A.Nağıyev qeyd edib ki, ötən il ölkəmizdə iqtisadi islahatlar ili kimi yadda qaldı: "Həm neft, həm də qeyri-neft sektorunda, həm ölkədə, həm də xaricdə mühüm, böyük obyektlərin açılması, islahatların aparılması və digərlərini söyləmək olar. Təbii ki, bütün bunlar Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına istiqamətlənmişdi".

Siyasi şərhçi qeyd edib ki, ümumi götürdükdə 2018-ci ildə həm ölkəmizin təhlükəsizliyi, həm də vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb: "İcraedici orqanlarda müəyyən dəyişikliklərin olması, bunun həm regional, həm də qlobal layihələrin inkişafına gətirib çıxarması Azərbaycan 2018-ci ildə dünyanın geosiyasi xəritəsində dəyişiklik edən ölkəyə çevrildi".

A.Nağıyev əlavə edib ki, 2018-ci ildə Azərbaycanda həll olunmayan məsələlər də oldu: "İnanırıq ki, 2019-cu ildə onların reallaşması istiqamətində lazımi addımlar atılacaq".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31