Ölkəmiz bütün istiqamətlər üzrə sürətli inkişafa nail olub

İlham Əliyev: "Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək"

Dövlət başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinə başladığı ilk illərdən Azərbaycanın tərəqqi və inkişaf yolu ilə irəliləməsində yeni mərhələnin əsası qoyulub. Məhz o vaxtdan başlayaraq respublikada demokratikləşmə prosesləri genişlənib, ölkəmizin dünya transformasiya proseslərinə inteqrasiyası daha intensiv xarakter kəsb edib, milli iqtisadiyyatın daha da inkişafı üçün mühüm sosial-siyasi baza yaranıb. Prezident İlham Əliyevin böyük siyasətdə atdığı inamlı addımlar nəticəsində Azərbaycanda təkcə sosial-iqtisadi sistemdə deyil, həm də siyasi və ictimai təsisatlarda intensiv islahatlar aparılıb, nəticədə əsaslı irəliləyişlərə nail olunub. Ötən 15 il ərzində Azərbaycan dünya miqyasında müstəqil siyasət aparan, özünün enerji təhlükəsizliyini təmin etməklə bir çox ölkələrin bu sahədə təhlükəsizliyinə töhfə verən və siyasi sabitliyə malik demokratik bir ölkə kimi tanınır. Təsadüfi deyil ki, bu dövrdə ölkə iqtisadiyyatının inkişafı üçün əsas kapitala bütün mənbələrdən 217,3 milyard manat investisiya yatırılıb. Bu vəsaitin 55 faizindən çoxu istehsal təyinatlı obyektlərin tikintisinə sərf edilib. Bunun nəticəsidir ki, ölkədə məhsul istehsalı ildən-ilə artır. Ölkədə milli iqtisadiyyatın bazar prinsipləri əsasında qurulması istiqamətində həyata keçirilən məqsədyönlü siyasət, regionların və ayrı-ayrı iqtisadi və sosial sahələrin inkişafına dair dövlət proqramlarının uğurla icra olunması və müntəzəm olaraq aparılan zəruri islahatlar sayəsində ölkə əhalisinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Əhalinin sosial rifah halının yaxşılaşması yoxsulluğun azalmasına müsbət təsir göstərmiş və müqayisə olunan müddətdə yoxsulluq səviyyəsi 49 faizdən 5,4 faizə enib. Həmin dövrdə məşğul əhalinin sayında da kəskin artım müşahidə olunub. Sadalanan faktlar deməyə əsas verir ki, prezident İlham Əliyevin amalı xalqın həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdır. Dövlət başçısı İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində səslnədirdiyi fikirlər dediklərimizi bir daha təsdiq etmiş olur: "Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil, bu qədər azad olmamışdır. Bu il ölkəmizdə prezident seçkiləri keçirilmişdir. Azərbaycan xalqı bir daha mənə yüksək etimad göstərmişdir, mənim fəaliyyətimə yüksək qiymət vermişdir. Mən son 15 il ərzində Prezident kimi çalışmışam ki, xalqa ləyaqətlə xidmət edim. Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, Azərbaycanın gücləndirilməsi, xalqın rifahının artması üçün əlimdən gələni əsirgəməyim. Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək". Qətiyyətlə demək olar ki, Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur. Xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır. Bu günümüzün daha bir reallığı isə ondan ibarətdir ki, Azərbaycan sürətli inkişaf yolunda inamla irəliləyir, onu qarşıda daha möhtəşəm uğurlar gözləyir. Doğrudan da prezident İlham Əliyevin yürütdüyü düşünülmüş siyasət nəticəsində ölkədə iqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılır ki, bununla da Azərbaycanın hərtərəfli inkişafı təmin edilmiş olur. Nəticədə  ölkəmiz üçün  lazım olan sabitlik möhkəmlənir, ictmai-siyasi vəziyyət stabilləşir. Çünki, prezident İlham Əliyevin milli inkişaf konsepsiyasının başlıca qayəsi sabitlikdən inkişafa nail olmaqdır. Qətiyyətlə demək olar ki, dövlət başçısı  İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırır. Əminliklə demək olar ki, prezident İlham Əliyev bi suyasəti gələcəkdə də davam etdirəcək: "Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, xalqın rifahının artması üçün əlimdən gələni əsirgəməyim. Əlbəttə ki, bütün bu işləri görmək üçün güclü iqtisadiyyat olmalıdır və bu iqtisadiyyat var. Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən asılı deyil. Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır və bizim müstəqil siyasətimizi gücləndirən amildir". Bu gün Azərbaycan dövlətçiliyinin ən mühüm problemi ölkənin ərazi bütövlüyünün təmin olunmasıdır. Ermənistann təcavüzü nəticəsində işğal altına düşmüş ərazilərimizin azad edilməsi, viran qoyulmuş kənd, rayon və şəhərlərimizin bərpa olunması, sayı bir milyona çatan və uzun müddətdən bəri məşəqqətli köçkün həyatı sürən soydaşlarımızın doğma yurd-yuvalarına qayıtması Azərbaycan dövlətinin qarşısında çox məsul bir vəzifə, ən vacib məqsəd kimi durur. Prezident İlham Əliyev xalqımıza hədsiz məhrumiyyətlər, müstəqil dövlətimizə böyük itkilər gətirmiş təcavüzə son qoyulması üçün çoxşaxəli və səmərəli hüquqi-diplomatik addımlar atır. Bütün bunların nəticəsidir ki, indi dünya birliyi Azərbaycanın haqlı olduğunu, Ermənistanın işğalçı və təcavüzkar siyasət yeritdiyini getdikcə daha yaxşı anlayır. Təsadüfi deyil ki, bir çox mötəbər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərar və qətnamələrdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı şəkildə dəfələrlə təsdiqlənmiş, onun təcavüzkarlıqdan əl çəkməsi tələb olunmuşdur. Beləliklə, sadalanan məqamlar bir daha onu sübut edir ki, bu gün insan hüquq və azadlıqlarına, qanunların aliliyinə hörmət prinsiplərinə prioritet istiqamət kimi müstəsna dəyər verən müstəqil Azərbaycanın iqtisadi cəhətdən inkişaf etmiş, hüquqi, dünyəvi və demokratik dövlət imicinin formalaşmasında, onun möhkəm təməllərinin qoyulmasında görkəmli dövlət xadimi Prezident İlham Əliyevin xidmətləri əvəzsizdir. Azərbaycan xalqı İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31