Vaşinqton Ankaranın Suriya siyasəti ilə hesablaşmaq məcburiyyətində
Türkiyə Yaxın Şərqdə, xüsusilə də Suriyada öz maraqlarını təmin etmək, qorumaq istiqamətində fəaliyyətini davam etdirməkdədir. Ankara bu istiqamətdə daha çox regionda terror təşkilatlarının ləğv edilməsinə çalışıb, fəaliyyətini bu ypndə qursa da, lakin Yaxın Şərqdə, eləcə də Suriyada mövcud olan bəzi terror təşkilatları Birləşmiş Ştatlar və Qərbin maraqlarına xidmət etdiyindən hər vasitə ilə Türkiyənin bu planına qarşı maneçilik törədilməyə çalışılır. Türkiyənin Yaxın Şərq siyasətinə nəzər salan Cənubi Qafqazda Sülh
3 Yanvar 2019 13:00 SiyasətTürkiyə Yaxın Şərqdə, xüsusilə də Suriyada öz maraqlarını təmin etmək, qorumaq istiqamətində fəaliyyətini davam etdirməkdədir. Ankara bu istiqamətdə daha çox regionda terror təşkilatlarının ləğv edilməsinə çalışıb, fəaliyyətini bu ypndə qursa da, lakin Yaxın Şərqdə, eləcə də Suriyada mövcud olan bəzi terror təşkilatları Birləşmiş Ştatlar və Qərbin maraqlarına xidmət etdiyindən hər vasitə ilə Türkiyənin bu planına qarşı maneçilik törədilməyə çalışılır. Türkiyənin Yaxın Şərq siyasətinə nəzər salan Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, hazırda Ankaranın Suriya siyasəti Rusiya və İranla birgə "Astana formatında" davam edir. Onun sözlərinə görə, Astana formatında Türkiyə müəyyən qədər öz maraqlarını təmin etsə də, Menbic və Fəratın şərqində PKK-nın Suriya qolu YPG terror təşkilatının mövcudluğu ölkənin təhlükəsizliyini təhdid edir: "Çünki, Türkiyə Afrin və Əl-Babı İŞİD və YPG -dən təmizləyib, bu istiqamətdə təhlükəsizlik arealı formalaşdırıb. Menbic və Fəratın şərqində isə YPG terror təşkilatının ABŞ tərəfindən himayə olunması Ankaranın bu anklavlarda anti-terror əməliyyatlarına mane olub. Qeyd edim ki, Suriyada Türkiyənin əsas hədəfi YPG terror təşkilatının fəaliyyətinə son qoymaq, öz cənub sərhədlərinin təhülkəsizliyini təmin etmək.xüsusilə öz maraqları çərçivəsində Suriyanın ərazi bütövlüyünün qorunmasından ibarətdir". Politoloq hesab edir ki, əgər, Türkiyə YPG-ni bu istiqamətdən təmizləməsə Türkiyənin ərazi bütövlüyü və təhlükəsizliyi risk altında olacaq: "Ona görə də Türkiyə rəhbərliyi Suriya siyasətində prinsipial siyasət ortaya qoyub. Məhz Menbic və Fəratın Şərqində terrora qarşı elan etdiyi "Cənub Hərakatı" kod adlı hərbi əməliyyat bu siyasətin davamıdır. Artıq Rusiya və ABŞ-da Türkiyənin bu hərbi əməliyyatının qarşısını almaq gücündə deyillər. Vaşinqton Türkiyəsiz Suriya siyasətinin müsbət nəticə vermədiyini görərək, öz qoşunlarını Münbic və Fəratın Şərqindən çəkməklə, bir növ YPG-ya dəstəyindən geri çəklilir və Ankarının hərbi əməliyyatlarına yaşıl işıq yandırır. Menbicdə Fəratın Şərqində YPG terror təşkilatı TSK hərbi əməliyyatları nəticəsində yaya qədər bu ərazilərdən təmizlənəcək. Hazırda Türkiyə Moskva və Vaşinqtonla danışıqlar aparır. Moskva Türkiyənin bu əməliyyatına razılıq verib. Türkiyə rəsmiləri Moskvada artıq razılığa gəliblər. Çünki, Ankaranın hərbi əməliyyatında Suriyanın ərazi bütövlüyünə qəsd yoxdur. YPG ABŞ-ın planı olduğu üçün Suriyada bu terror təşkilatının sonu Moskvanın maraqlarına cavab verir. ABŞ prezidentinin mili təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da bu yaxınlarda Türkiyəyə səfər edəcək. Bu səfər əsasən Türkiyənin planlaşdırıdığı əməliyyatla bağlıdır. Bolton da Türkiyənin bu əməliyyatına regional şərtlər daxilində dəstək vermək məcburiyyətində qalacaq. Bir sözlə Türkiyə Afrin və AL-Bab da olduğu kimi Menbic və Fəratın Şərqini YPG və İŞİD terror təşkilatından təmizləməklə, öz cənub sərhədlərinin təhlükəsizliyini təmin edəcək".
Məhəmməd Əsədullazadə deyib ki, PKK-nın Suriya qolu YPG Menbic və Fəratın Şərqində Vaşinqtonun lojistik dəstəyi ilə güclənib. Bundan əlavə, ABŞ-ın Suriyanın şimal-şərqində YPG üçün nəzərdə tutduğu "dövlət" planı hələ də öz ciddiyyətini qoruyur: "Vaşinqtonun bu siyasəti təbii ki, Türkiyənin milli təhlükəsizliyini təhdid edir. Qeyd edim ki, Menbic, Deyr-Əzzor və Rakka, Kobani-Rojava adlanan kürdlərin nəzarətində olan anklav ərazilər Türkiyəyə terrorizm ixrac edir. Bu ərazilər potensial terrorizmin inkişaf arealıdır. Qeyd edim ki, Ankaranın Suriyada keçirdiyi iki uğurlu hərbi əməliyyat- "Fərat qalxanı" və "Zeytun budağı" əməliyyatları İŞİD və YPG-nı Afrin və Əl-Babdan təmizləsə də, Menbic və Şərqi Fəratda bunu Vaşinqtonun təzyiqi ilə keçirə bilmədi: "ABŞ hesablayırdı ki, bununla Ankaranı geri otuzduracaq. Amma hadisələrin inkişafı göstərdi ki, ABŞ bu siyasəti ilə ciddi strateji səhvə yol verib. Türkiyədən uzaqlaşmaqla, Suriya siyasətində təklənib. ABŞ bu müddət ərzində YPG terror təşkilatını gücləndirsə də, strateji planda məqsədinə çata bilmədi Məhz bu üzdən ABŞ və Türkiyə arasında ciddi problemlər yaşandı. Donald Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan telefonla danışdıqdan iki gün sonra öz qoşununu Suriyadan çıxaracağını elan etməsi hadisələri 180 dərəcə dəyişdi. Təbii ki, bu son aylarda əldə olunan gizli danışıqların nəticəsi idi. Qeyd edim ki, ABŞ-ın Suriyada 12 hərbi bazası var".
Politoloq deyib ki, hazırda Türkiyənin Menbicə daxil olması reallaşmasa da, hazırlıqlar davam edir: "Çünki, burada mövcud olan YPG-nın Əsədlə anlaşdığı və Suriya qüvvələrinin Menbicə daxil olması deyilir. Əgər, Türkiyə Menbicə daxil olarsa Suriya qüvvələri ilə üz-üzə gələcək. Bu da Rusiya-İran və Türkiyə ittifaqının sonu ola bilər. Ötən gün Türkiyə rəsmiləri Moskvada oldular, Menbiclə bağlı razılıq əldə edilib. Ola bilər ki, Əsəd ordusu burada yerləşsin və YPG əraziləri tərk etsin. Şərqi Fərat istiqamətində YPG-nın mövcudluğuna son qoyulacaq. Artıq Vaşinqtonda bunun fərqindədirlər. Ona görə də Vaşinqton geri çəkilərək, strateji yerdəyişmə edərək Türkiyə ilə yaxınlaşmaq siyasətini götürüb. Məqsəd Rusiya və İran planına zərbə vurmaq, Həmçinin Türkiyənin əli ilə Suriyada öz siyasətini reallaşdırmaqdı. Bir sözlə Türkiyə Suriya üzrə siyasi-hərbi hədəflərinə yaxınlaşır. Proseslər artıq, Türkiyənin ABŞ-ın kürd planını fiaskoya uğratmasına gətirir. Con Bolton Türkiyə rəsmiləri ilə danışıqlarda çalışacaq ki, Türkiyəni Suriya siyasətində öz orbitlərinə çəksin. Amma, Türkiyə hələlik manevr siyasətinə üstünlük verməyi düşünür. Çünki, Vaşinqtonun Suriya siyasətində tam aydınlıq və strateji plan görünmür".
Füzuli