Azərbaycanda FETÖ üzvü tutuldu
31 Dekabr 2018 09:28 SiyasətXəbər verdiyimiz kimi, Fətullahçı terror təşkilatına (FETÖ) üzv olan türkiyəli müəllim Mehmet Gelen Azərbaycanda saxlanılıb.
Femida.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) məlumat yayıb.
Fətullah Gülənə məxsus məktəblərdə müəllimlik edən M.Gelenin saxta pasportla Belarusa keçmək cəhdi baş tutmayıb. O, Azərbaycanda saxlanılaraq Türkiyəyə təhvil verilib.
Bu gün isə Türkiyə KİV-lərində Mehmet Gelenin həbs olunarkən lentə alınan fotoları dərc olunub. Həmin şəkili təqdim edirik:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31