Paşinyan Moskvadan əliboş qayıtdı

Ekspert: "Rusiyanın dəstəyi ilə İrəvanda dövlət çevrilişi ola bilər"

"Rəsmi İrəvan son inqilaba qədər həmişə Moskvanın boyunduruğu altında olub. Hazırki hakimiyyət regionda müstəqil siyasət aparmaq uğrunda çabalayır. Ancaq bu gün Ermənistanda bunu etməyə obyektiv gerçəkliyi nəzərə alan, müdrik və muasir çağırışlara cavab verən siyasi kurs yoxdur. Və rəsmi İrəvanın vəziyyəti getdikcə gərginləşir. Paşinyanın Moskvaya sonsəfəri bunu bir daha sübut etdi".

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Kənan Paşayev deyib.

O bildirib ki, Paşinyanın yürütdüyü balanslaşdırılmamış xarici siyasət Moskvanın maraqlarına ziddir. Bu isə özünü Vladimir Putinin Paşinyana yanaşmasında özünü göstərir: "Son səfər zamanı Paşinyanla Putin müzakirə edilən heç bir məsələdə ortaq məxrəcə gələ bilmədilər. Qarabağ problemi ilə bağlı isə heç danışmadılar. Görünür, Putin Paşinyana bizə tabe olmadığınız müddətdə bizdən kömək gözləməyin kimi sətir altı mesaj ötürüb. Müzakirə zamanı iki əsas məsələyə toxunulub. Birincisi, Rusiya ilə Ermənistan arasında qazın satışının qiyməti haqqında razılaşma, ikincisi isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin seçilməsi".

K. Paşayev qeyd edib ki, müzakirə zamanı heç bir nəticə əldə olunmayıb: "O nəticəyə gəlmək olar ki, Paşinyan Moskvadan əliboş qayıtdı. Eyni zamanda Vladimir Putin Nikol Paşinyanı hakimiyyətə gəldiyi ilk gündən bəri təzyiq altında saxlayır. Moskva hökümətinin rəhbəri hər zaman Paşinyanın rəqibləri ilə sıx munasibət saxlayır, hətta dostluq münasibəti qurur. Bir neçə ay bundan əvvəl Paşinyanın ən böyük rəqibi Robert Koçaryanın ad gününü təbrik edək Putin, bu gün də Paşinyanın həbsə salıdığı Koçaryanın bayramını təbrik edib. Bütün bunlar Rusiyanın dəstəyi ilə İrəvanda dövlət çevrilişi ola biləcəyinə işarədir. Sadəcə rəsmi Moskvanın Paşinyana verdiyi müəyyən bir zaman var, o zamanın bitməsini gözləyirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31