“Fransa hökuməti Vidadi İsgəndərlini Azərbaycana təhvil verməlidir”
“Vidadi İsgəndərlinin saxta yollarla “siyasi mühacir” adını alıb, Fransa vətəndaşı qismində Azərbaycan dövlətinin və xalqının iradəsinə qarşı təhdidedici fikirlər səsləndirməsi onun xainliyinin və birbaşa mənəviyyatsızlığının aşkar göstəricisidir”. Bu fikirləri “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzuya münasibətini açıqlayarkən deyib.
27 Dekabr 2018 19:07 Siyasət"Vidadi İsgəndərlinin saxta yollarla "siyasi mühacir" adını alıb, Fransa vətəndaşı qismində Azərbaycan dövlətinin və xalqının iradəsinə qarşı təhdidedici fikirlər səsləndirməsi onun xainliyinin və birbaşa mənəviyyatsızlığının aşkar göstəricisidir". Bu fikirləri "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzuya münasibətini açıqlayarkən deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycanda inkişafın, sabitliyin mövcud olduğu bir halda Vidadi İsgəndərlinin iğtişaş və terror çağırışları birbaşa onu idarə edən qaranlıq siyasi dairələrin sifarişidir. Siyasi ekspertin sözlərinə görə, ləyaqət və mənəviyyat hisslərini, vicdanını pula-paraya satan, dövlətinə, xalqına qarşı düşmənçilik mövqeyi sərgiləyən bu ünsür, artıq çoxdan öz çirkin xislətini boynuna alıb: "Məsələ bundadır ki, vaxtilə öz ölkəsində bəlli cinayətlər törətmiş, həmçinin, heç bir siyasi proseslərdə iştirak etməmiş birinin - Vidadi İsgəndərlinin özünü "Avropa demokratiyasının beşiyi" kimi təqdim edən Fransa hakimiyyəti tərəfindən mühafizə olunması heç bir çərçivəyə sığmayan haldır. Bu gün Fransa hakimiyyətinə, bu ölkənin Azərbaycandakı səfirliyinə rəsmi qaydada etirazlar edilməlidir ki, Vidadi İsgəndərli hansı hüquqa əsasən, digər dövlətin vətəndaşı olaraq, başqa bir dövlətin daxili işlərinə qarışır, iğtişaşlar törədəciyini bildirir, üstəlik dövlətimizin atributikalarını, siyasi-ictimai institutlarını təhqir edir? Nəyə görə Fransa hakimiyyəti bu məsələlərə göz yumur və yaxud, baş verənləri görməzlikdən gəlir?".
"SƏS" qəzetinin baş redaktoru əlavə edib ki, artıq uzun müddətdir ki, Fransanın özündə sosial problemlərdən qaynaqlanan "sarı jiletlilər" aksiyaları keçirilməkdədir və bu ölkənin polisi tələblərdə bulunan sadə vətəndaşlarına qarşı ən qəddar üsullar tətbiq edir: "Göründüyü kimi, rezin güllələrlə, gözyaşardıcı qazla, itlərlə, dəyənəklərlə etirazçıları ən ağır şəkildə cəzalandıran, həbslərə atan fransız polisi nədənsə, sığınacaq verdiyi Vidadi İsgəndərlinin başqa dövlətdə - Azərbaycanda iğtişaşlar keçirəcəyi, sabitliyi pozacağı çağırışlarına göz yumur. Eyni zamanda, inanmıram ki, Fransanın müvafiq qurumları onun barəsində xəbərsiz olsunlar. Çünki onun barəsində daha öncələr də fikirlər bildirilib. Lakin təəssüflər olsun ki, bu ölkənin müvafiq dövlət orqanları baş verənlərə susqunluq nümayiş etdirirlər".
"Biz, bu yaxınlarda Fransanın Strasburq şəhərində təşkil edilən yeni il yarmarkasında bir terrorçunun neçə insanın həyatına son qoyduğu xəbərini eşitdik və təəssüf ki, öz ölkəsində terror hadisəsi törədilən Fransa saxta yollarla siyasi sığınacaq verdiyi bir ünsürün qan tökmək, terror törətmək, qeyri-sabitlik yaratmaq ətrafındakı səs-küyünə əhəmiyyət vermir", deyən Bəhruz Quliyev beynəlxalq hüquq normalarından və konvensiyalardan maksimum dərəcədə istifadə edərək, həm də psixiki pozuntusu olan belə şəxslər barədə tələb olunan qərarın verilməsinin vacibliyini vurğulayıb: "Fransa dövlətinin aidiyyəti qurumları bu tələbləri diqqətə almalı, Vidadi İsgəndərlini Azərbaycana təhvil verməli, hüquq mühafizə orqanları isə onun barəsində cinatət işi açmalıdırlar".
SİA