"Cəbhədəki təxribat Paşinyanın göstərişi ilə baş verib" - Politoloq

"Ermənistanda Paşinyan hakmiyyəti ilə Qarabağ separtçıları arasında ziddiyətlərin meydana çıxması nəticəsində işğal olunmuş ərazilərdə erməni ordusunun təxribatları qəsdən həyata keçirilir". 

Bu sözləri Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi növbəti təxribatı şərh edən Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ermənistan baş nazirinin səlahiyyətlərini həyata keçirən Paşinyanla prezident İlham Əliyev arasında Düşənbədə məlum razılaşmaya əsasən Erməni tərəfi atəşkəsə riayət etməlidir. Amma, biz bunun son günlərdə əksini görürük. 

Çünki, Yerevanla separtçılar arasında siyasi qarşıdurmanın gərginləşməsi fonunda separtçılar Sarkisyan rejiminin nümayəndələri olduğu üçün orduda müəyyən üstünlüyə malikdirlər: 

"Məhz onların göstərişi ilə bu kimi təxribatların baş verməsi istisna deyil. Xankədində etiŕaz aksiyaların keçirilməsi, təbii ki, separtçılarda narahatlıq yaradıb. Onlar cəbhə də təxribata gedərək öz mövcudiyyətlərini qorumaqla Paşinyana təzyiq etməyi planlaşdırırlar. Bu kimi ssenariləri biz gözləyirdik. Hesab edirəm ki, növbəti aylarda Paşinyan Bako Saakyana qarşı etiraz nümayişləri təşkil etdirib, öz adamını rejim rəhbərliyinə gətirəcək. Bu proseslər fonunda cəbhədə erməni təxribatlarının davam etməsi mümkündür".

Qeyd edək ki, Dekabrın 26-da Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Ağdam rayonunun Mirəşelli kəndi ərazisində mülki şəxsləri atəşə tutması nəticəsində bir nəfər xəsarət alıb. Bakıdan rayona gələrək şəhid qardaşı oğlunun və qardaşının məzarını ziyarət etməyə gedən Ağdam rayonunun Baş Qərvənd kənd sakini, 1945-ci il təvəllüdlü Allahverdiyeva Dilşad Allahverdi qızı və bir neçə yaxın qohumu düşmən tərəfindən atəşə tutulub. Düşmənin atəşi nəticəsində yaşlı qadın qulaq nahiyəsindən xəsarət alıb. Ağdam rayon xəstəxanasına aparılan D.Allahverdiyevaya ilkin tibbi yardım göstərilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Sherg.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31