“Vidadi İsgəndərli ermənidən də betərdir”
27 Dekabr 2018 18:12 Siyasət"Avropanı özlərinə yaşayış yeri seçən "siyasi mühacirlər" deyilən insanların dövlət və milli maraqlarımıza qarşı şər-böhtan xarakterli fikirlər səsləndirmələri haqlı olaraq ölkə əhalisində nifrət və qəzəb hissi yaradıb". Bunu "Azəri-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib.
Onun sözlərinə görə, bu cür əməlləri ilə onların azərbaycanlı olmalarına şübhələr yaradır: "Çünki, bu ölkənin çörəyini yeyib, suyunu içən insan düşmən dəyirmanına su tökən fikirlər söyləyə bilməz. Onlar tək deyillər. Kim Azərbaycanın əleyhinədirsə, Avropadakı müəyyən qaranlıq dairələr dərhal ona maddi və mənəvi dəstək göstərir. Əslində bu, Avropanın mahiyyətini ortaya qoyur. Mən diaspor fəaliyyəti ilə məşğul olan bir təşkilat rəhbəri olaraq, illərdi bunu Avropadan görürəm. Azərbaycana qarşı radikal düşmən mövqeyində, düşməndən daha radikal bir mövqedə duran kim varsa Avropa hər zaman onu himayə edir. Təkcə Fransa deyil, Almaniyada, Hollandiyada elədir, yəni "söyüş qrupu" deyilən "siyasi mühacirlər"ə himayədarlıq edirlər. Orduxan Teymurxan, Vidadi İsgəndərli kimilər özbaşına deyillər, onlara dəstək verən anti-Azərbaycan qüvvələr var. V.İsgəndərlinin söyüş ritorikasına daha çox yer ayırması onun, ermənidən betər olduğunu göstərir. Dövlətin atributların təhqir etmək olar? Təhqir elemenlərindən geninə-boluna istifadə edib, sonrada necə demək olar ki, "mən Azərbaycanlıyam"? Prezident bu ölkənin atributlarından biridir. Prezidentin ailə üzvlərini, özünü təhqir etmək olar? Bunu sənə şərait yaradan ölkədən edirsən. Gör bir dənə fransız gəlib Azərbaycanda və yaxud başqa bir ölkədə oturub Fransanın atributları və yaxud onun dövlət başçısını bu səviyyədə təhqir edə bilər. Əlbəttə ki, eləməz. Baxın, ermənilərdə "siyasi mühacirlər" kimi Azərbaycana qarşı düşmənçilik edirlər. Bu baxımdan demək olar ki, bunlar ermənidən də betərdirlər. Yəni elələri var ki, ermənidən betər Azərbaycanın əleyhinə çalışırlar".
SİA