“Vidadi İsgəndərli mütləq layiq olduğu cəzanı almalıdır”

"Ümumiyyətlə, siyasətlə məşğul olan adamın siyasi mədəniyyəti olmalıdır". Bunu politoloq Qabil Hüseynli deyib.

"Ümumiyyətlə, siyasətlə məşğul olan adamın siyasi mədəniyyəti olmalıdır". Bunu  politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, söyüşlə məşğul olan adamın nə siyasətə, nə də ki, insanlığa aid etmək mümkün deyil: "Söyüş ritorikasına daha çox yer ayıran, insanların şərəf və ləyaqətini təhqir edən V.İsgəndərlinin hərəkətlərini qətiyyətlə, hiddətlə pisləyirəm. V.İsgəndərli haqqında mövcud qanunvericiliyə uyğun olaraq tədbirlərin görülməsi lazımdır. Başqalarının şəxsiyyətini təhqir etmək, özü də çox səviyyəsiz və tərbiyəsiz bir formada təhqir etmək insan haqları məsələsinə aidiyyatı yoxdur. Hesab edirəm ki, V. İsgəndərlinin bu cür yersiz hərəkətləri davam edə bilməz. O mütləq cəzasını almalıdır. V.İsgəndərli və digər "söyüş qrupu"nün üzvləri bu cür səviyyəsiz hərəkətlər etməklə həm xaricdə, həm də daxildə özlərini tamamilə gözdən salırlar. Çünki heç bir vətəndaş xaricdə oturub öz ölkəsi haqqında xoşagəlməz ifadələr işlədə bilməz. Belələri varsa, deməli onların milli mənsubiyyətində qarışıqlıq var".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31