“Vidadi İsgəndərli anormal adamdır”

"Mən Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun üzviyəm və orda olmuşam". Bunu millət vəkili Rauf Əliyev deyib.

Onun sözlərinə görə, Fransada bizi istəyəndə, istəməyəndə var: "Elə fransız bələdiyyəsi var ki, gedir Dağlıq Qarabağa, amma eləsi də var ki, ona etiraz edir Azərbaycanı dəstəkləyir: "İndi hansısa Vidadi İsgəndərli gedib orda hansısa nalayiq sözlər deyir, kimsədə onu dəstəkləyir o demək deyil ki, bütün Fransa onu dəstəkləyir. Vidadi İsgəndərli Azərbaycanda da işləyib, özünü çirkin əməlləri ilə tanıdıb. Orada da eyni ampluada çıxış etməkdədir. Anormal düşüncəyə sahib olan V.İsgəndərli başa düşməlidir ki, orda oturub söyüş və təhqir dolu videolar paylaşmaqla ağalarının rəğbətini qazana və qəpik-quruş ala bilər, amma burada əhalinin nifrətini qazanır. Normal adam belə şeylər eləməz. Mən V.İsgəndərlinin əməllərini pisləyirəm. Onun ölkə rəhbərliyinin əleyhinə ittihamlar səsləndirməsinə qəti etirazımı bildirirəm. Belə şeylər eləmək qəti şəkildə olmaz. O özün belə aparırsa deməli, onun başı işləmir, anormal adamdır. Başa düşmürlər ki, onlar bu işləri görəndə, buna bizim düşmənlərimizdə baxır. Onlar bunu dərk eləmir. Yəni onlar dərk etmir ki, buna ermənilərdə baxır. Bununla V.İsgəndərli özünü bir düşəm kimi aparır".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31